18 mart 2021 23:35
1597

Şükürbəylidə yellərin qanadları yorulmamışdı...

Karxulu kəndini işğaldan azad etmişdilər. Əməliyyat planına əsasən hücumu Şükürbəyli kəndi istiqamətində davam etdirəcəkdilər.

Uzaqdan Şükürbəyli kəndi görünürdü. O boyda kənddə cəmi 2-3 salamat bina qaimışdı. Kapitan-leytenant Orxan Qədirov bu barədə rabitə vasitəsilə komandirə məruzə etdi. Ona  ehtiyatlı olmağı tapşırdılar, bildirdilər ki, Ziya Fərziyevin qrupuna 3-cü dərəcəli kapitan Sirac Siracov rəhbərlik edəcək.  

Xüsusi rabitə olsa da Sirac Siracovla rabitə əlaqəsi müntəzəm alınmırdı, həmişə danışmaq mümkün olmurdu. Yolun solu-sağı adam boyundan da hündür qamışlıq idi. Yuxarıda olduğu üçün Orxan Qədirovun qrupuna daxil olan döyüşçülər hər yeri daha yaxşı görürdülər. Ziya Feyziyevin qrupundan 400-500 addın aralıda bir tikili olduğunu müşahidə etdilər, rabitə ilə onlara bildirdilər. 

Orxan Qədirovun qrupu təpənin aşağısı ilə irəliləyirdi. Ön dozor bildirdi ki, qarşıda düşmən mövqeyinə bənzəyən maneə görünür. Qrup bir-birnə bağlı olan təpəliklər silsiləsini keçərək düzənliyə çıxdı. Qarşılarında 2 – 2,5 kilometr məsafədə səngərə bənzəyən mövqe göründü. Düşmən onların gəlişini duymuş olsa, qrupu yaxına buraxar, pusqu qura bilərdi. Bu ehtimala görə Orxan Qədirov qrupu iki yarımqrupa ayırdı. İkinci yarımqrupa rəhbərliyi baş leytenant Ələkbər İsazadəyə (qrup komandirinin müavini kimi yarımqrupa rəhbərlik etmək onun vəzifə borcu idi) tapşırdı. Hər iki yarımqrup kapitan-leytenant Orxan Qədirovun ümumi rəhbərliyi ilə əmrin icrasına başladı; Ələkbər İsazadənin yarımqrupu silsilənin solundan keçəcəkdi, baş leytenant Ramiq Babayevin rəhbərlik etdiyi yarımqrup qarşıdakı mövqeyə üzbəüz hücum edəcəkdi.

Əməliyyata başladılar. Orxan Qədirov Ələkbər İsazadənin rəhbərlik etdiyi yarımqrupun solla hərəkətini müşahidə edirdi. Onlara tapşırılmışdı ki, atəş açmasınlar, düşmən o biri yarımqrupa atışa başlasa, soldan “L” şəkilli hücum etsinlər. Orxan Qədirovun daxil olduğu  yarımqrupa bir xətt yana açılaraq sıçrama üsulu ilə düşmənə qarşıdan hücuma başladı. Düşmən onları bu istiqamətdən gözləmədiyi üçün oraları minalamayıbmış. Ələkbər İsazadənin rəhbərlik etdiyi yarımqrup müəyyənləşdirilmiş mövqeyə çatıb Orxan Qədirovdan xəbər gözləyirdi. Orxangil həmin mövqeyə 300 metr yaxınlaşanda tərpəniş, hərəkət olduğunu gördülər. Qalib ilə Namiq sağa açılaraq qrupun açılış xəttini xeyli genişləndirdilər. Hamısı xəttə çatanda Orxan Qədirov hücum əmri verdi. Atışma başladı. Düşmənin o biri yarımqrupdan hələ ki, xəbərsiziydi.

Hava çox gözəl idi. Ara-sıra qara buludlar görünürdü. Yağış yağacağı deyilmişdi. Düşmənin atışını üzərlərinə çəkdilər. Daraqdəyişmə anında bir neçə saniyəlik durğunluq yaranır. Döyüşçülərimiz bunu mükəmməl öyrəndiklərindən atışlarında belə hal olmurdu, atışın intensivliyi aşağı düşmürdü. Həm də qrupun üzvləri atışda da bir-birini gözəl anlayıırdı. Qrupun bu səviyyədə döyüşü düşməndə belə bir rəy yaradırdı ki, hücuma keçənlərin sayı xeyli çoxdu. Düşmənin daraqdəyişmə anında, atışı zəifləyəndə döyüşçülərimiz Orxan Qədirovun əmri ilə atışı saxladı, Ələkbər İsazadəyə hücuma keçmək əmri verdi. Yarımqrup düşmənin səngərinə girdi. Həmin anlarda birinci yarımqrup səngərə ön tərəfdən hücum etdi.  Düşmənin müdafiə olunma imkanları xeyli azalanda birinci qrup manevr istiqamətini dəyişərək hücumu elə təşkil etdik ki, düşmən hücumun hansı tərəfdən edildiyini müəyyənləşdirə bilmədi. Arzuladıqları çaşqınlıq yarandı...

Mövqedəki düşmənlər məhv edildi...

Komandanlığa məruzə edildi....

Həmin gün Şükürbəylini azad etmək istəyirdilər.

Təxminən 5 kilometr irəlilədikdən sonra Şukurbəylinin üstündəydilər.

Arada heykəlşəkilli böyük bir dairə, dairənin üstündə ermənilik nişanı vardı. Bura üç yolun kəsişməsiydi. Sonradan biləcəkdilər ki, yollardan biri ilə – Orxan Qədirovun daxil olduğu yarımqrupun solu ilə Sirac Siracovun rəhbərlik etdiyi qrup gəlir. Yollardan biri Cəbrayıl rayonuna, digəri Soltanlı kəndi istiqamətinə aparır.

Dairənin solunda hərbi hissə vardı. Orxan dərhal komandirlə əlaqə yaratdı, bildirdi ki, qarşıda iki bina var, bir uzun antena turbasının üstündə kamera quraşdırılıb, iri üçbucaq formasında böyük bir elektrik dirəyinə oxşayan bir qurğu görünür. Əmr verildi ki, Siracgil yoldan, Orxangil təpələrdən ora hücum etsinlər.

Şükürbəyli təpədən sağda, Orxan Qədirovun qrupunun solundaydı, sağlarında bir kəndin xarabalıqları görünürdü. Aralarındakı məzafə 500-1000 metr ancaq olardı. Xarabalıqdan bu istiqamətə  minaatanlardan atəş açılırdı.

Mayor Tarıyel Zöhrabov rabitə ilə bildirdi ki, hələ kəndə girməyin, ora artilleriya ilə atış aparacağıq, atəşdan sonra girərsiniz.

Belə də oldu. Ora beş-altı mərmi düşdükdən sonra Orxangil hərəkətə başladılar. Atəş açmırdılar, sadəcə, xarabalıq və qamışlıqların arası ilıə irəliləyir, kəndə gizlincə sızırdılar.

Artilleiya atışından sonra düşmən xarabalıqlara döğru qaçırdı. Onlara elə gəlmişdi ki, hücum ancaq artilleriya atışından ibarətdir.

Orxangil xarabalığın içində olanda bir düşmən qadınının qaçaraq onlara tərəf gəldiyini gördülər. Sağ tutduqları qadından öyrəndilər ki, burda atışanların çoxusu qaçıb, orda təxminən on nəfər qalıb, onlar da qaçır.

Sirac Siracovun qrupu atışa başlamışdı. Bu anda Orxan Qədirovun qrupu sağ tərəfdən atışa dəstək verərək taborun ərazisinə sızmağa başladı. Ordan bir “QAZ-31” markalı maşının Sultanlı kəndi istiqamətinə getdiyini gördülər.

İki istiqamətdən hücuma məruz qalan, müqavimət əzmi qırılan, az sayda döyüşçünün hücumunu dayandırmağa gücü çatmayan düşmən çoxlu sayda itkı vermişdı.

Əmrin yerinə yetirildiyini məruzə etdilər...

İki bina var idi. Biri hərbi hissənin qərargahı, sinif otaqları, rəhbərliyin xidməti otaqları idi, digərində ailələr yaşayırmış. Binanın həyətində idman kompleksi, digər tərəfdə zirzəmidə təminat anbarı vardı. Düşmən burdan uzaqlaşdırılacağını güman etmirmiş...

Nələri var idi hər şeyi qoyub qaşmışdılar. Həyətdə çoxlu sayda kisələrdə kök, kələm, ət,  toyuq vardı. Yeni gətirilibmiş. Döyüşçülərimizin kinayəli baxışları kisələrdən yayınıb qarşı tərəfə dikildi...

Düşmənin mövqe məğlubiyyəti, qaçması döyüşçülərimizin qələbə ruhunu kükrətmişdi. Şükürbəylidən əsən yellərin qanadlarının Zəfər gününəcəh yorulmayacağıına əminiydilər...

Rəşid Faxralı