Böyük Moğollar sülaləsindən olan Əkbər şah (1556-1605) Hindistanda müxtəlif din ardıcıllarının yaşadığını nəzərə alaraq "dini-ilahi" adlı yeni bir dini-əxlaqi təlim yaratmışdı. O, İslam, xristianlıq, hinduizm, caynizm və sair dinlərin görüşlərini sintez edərək, Hindistan ərazisindəki bütün xalqları birləşdirən və mehriban edən bir din yaratmaq istəyirdi. Onun fukrincə, bütün dinlərin hədəfi Allaha ibadətdir, ona görə də onların heç biri başqalarından üstün ola bilməz.
"İki sahil" milli.az-a istinadən bildirir ki, Əkbər şah cümə günləri "ibadətxanə" adlı məclis təşkil etmişdi, burada fərqli din alimlərinin müzakirəsi keçirilirdi. Dini-ilahi əslində yeni din olmaqdan daha çox, fəlsəfi-əxlaqi təlim idi. Burada Əkbər şahən şəxsiyyətinə pərəstiş mühüm yer tuturdu. Dini-ilahi yalnız sarayda bəzi əyanlar arasında yayılmışdı, xalq bu dini qəbul etmədi. Əkbər şahın ölümündən sonra onun yaratdığı bu təlim də unuduldu.