22 mart 2021 04:15
2411

Qüds şəhərinin adının mənası nədir?

"Qüds" sözü "müqəddəslik" sözü ilə eyni kökdəndir. Yəni Qüds şəhərinin adı müqəddəsliyi ifadə edir.

"İki sahil" xəbər verir ki, bu şəhərə sair dinlərdə də "müqəddəs şəhər" deyirlər. Səbəb budur ki, Qüdsdə üç səmavi dinin müqəddəs ibadətgahları yerləşir. Yəhudi inancına görə, Həzrət Süleyman (ə) məbədi bu şəhərə müqəddəslik bəxş edir. Xristianlar Həzrət İsanın (ə) yaşadığı, öldürüldüyü və dəfn edildiyi (xristian inancına görə) şəhər kimi Qüdsə ehtiram göstərirlər. İslam dinində isə Qüds müsəlmanların Məkkədən əvvəlki ilk qibləsidir. Həzrət Mühəmməd Peyğəmbər (s) merac gecəsində əvvəldə Məkkədən Qüdsə aparılmış, oradan səmaya - meraca yüksəlmişdir.