29 mart 2021 15:03
5860

Yuxuda gördüyümüz rənglər nəyi ifadə edir ?

Şüuraltınız yuxularınız vasitəsilə çox şeylər izah etməyə çalışır.

Bəs, yuxularımızda gördüyümüz rənglər bizim üçün nələr ifadə edir ?

Qızılı rəng: Zənginlik, mənəvi mükafat və özünü inkişaf etdirmə mövzularını göstərir. Əzmli və asan boyun əyməyən istiqamətinizi ifadə edir.

Bej (Açıq sarımtıl və ya açıq qəhvəyi): Bir işin təməllərini, olmazsa olmazlarını və ən sadə halını təmsil edir. Bundan başqa neytral və qərəzsiz istiqamətinizi də göstərir.

Ağ: Saflığı, sülhü, mükəmməlliyi, şərəfi, məsumiyyəti, təmizliyi və yeni başlanğıcları təmsil edir. Yuxuda ağ rəng, həyata fərqli bir baxımdan baxma və keçmişi geridə buraxma istəyinizi göstərir.

Tünd qırmızı: Zənginlik, müvəffəqiyyət və rifahı göstərir. Yuxularınızda, mövcud potensial gücünüzü gözlər önünə sərir.

Fil dişi rəngi: Ətrafınızdakı insanlar üzərində qurduğunuz üstünlüyü göstərir. Bundan başqa, sizə yaxın birinin tanıdığınız kimi mükəmməl olmadığını da ifadə edir.

Boz rəng: Qorxu, depressiya, qərarsızlıq və pis səhhətin göstəricisidir. Eyni zamanda, təkliyə üstünlük verdiyinizi də göstərir.

Qəhvəyi rəng: Fiziki rahatlıq, daxili dincliyi və mühafizəkarlığı, eyni zamanda, bağlılığın simvoludur. 

Şabalıd rəngi: Cəsarət, igidlik, qəhrəmanlıq və gücü simvollaşdırır.

Qırmızı: Enerji, qüvvət, ehtiras, istək, əzm və cəsarətin göstəricisidir. Yuxuda qırmızı görmək, enerji toplamanız və həyatınızda cərəyan edən yeniliklər qarşısında əvvəlcə bir dayanıb düşünmək lazım olduğunu ifadə edir.

Yasəmən rəngi: Yuxunuzda meydana çıxan yasəmən rəngi, mənfi düşüncələrdən təmizlənmək, həyata daha müsbət baxmaq lazım olduğunu izah edir.

Mavi rəng: Müdriklik, sonsuzluq, cənnət, dinclik, bağlılıq, sədaqət sözlərini ifadə edir. Böyük ehtimalla qaçmaq, uzaqlaşmaq arzusunda ola bilərsiniz. Yuxulardakı mavi rəng, zehin açıqlığınızı ifadə edir və gələcəyə ümidlə baxdığınızı göstərir. Yuxunuzda geydiyiniz açıq mavi rəngdəki paltar, yaradıcı istiqamətinizi təmsil edir.

Bənövşəyi rəng: Xəstəliklərdən xilas olma, sevgiylə yaxınlaşma, şəfqət və mərhəmət mövzularını simvollaşdırır. Ədalət və rifahın xəbərçisi də ola bilər.

Çəhrayı: Sevgi, xoşbəxtlik, şəfqət mövzuları ilə yaxından əlaqəli olan çəhrayı rəng, yuxuda görüldüyündə aşiq olduğunuzu ya da eşqə ehtiyac duyduğunuzu ifadə edir. Çəhrayı rəngi çox da sevməyənlərdənsinizsə, ailənizdən müstəqil hərəkət etmək istədiyinizi də ifadə edə bilər.

Sarı rəng: Həm müsbət həm də mənfi çağrışlara malikdir. Xoş bir yuxuda görülən sarı rəng, enerji, xoşbəxtlik, uyğunlaşma və müdriklik xəbərçisidir. Yuxunuzda gördüyünüz bu rəng xəyanət, qorxaqlıq, çatışmazlıq və ya qərar vermədə çətinlik mövzularına işarə ola bilər.

Qara rəng: Təhlükə, sirr, qaranlıq, ölüm, yas, rədd edilmə, nifrət və kini işarələyir. Sevgi və dəstək əksikliğinizi ifadə edir. Qara rəngin hakim olduğu yuxuda sevincli bir ruh halına sahib olmaq, gündəlik həyatda mənəviyatı ön planda tutmadığınızı göstərir. Ağ-qara rəngdəki yuxularınız isə həyatda qərar verərkən obyektiv olmağınız, başqalarının fikirlərinə hörmət etməniz lazım olduğunu ifadə edir. Həmçinin depressiya və kədər əlaməti də ola bilər. 

Röya Rasimqızı, "İki sahil"