"Maison Margiela"dan plastikdan idman ayaqqabısı
Yuxarısı şəffaf plastikdən ibarət, ikiqat bağlama sistemi ilə təchiz olunmuş idman ayaqqabısını yaradan dizaynerlər onun üzərində bir neçə il çalışmışlar. Qeyd edək ki, geniş Velcro bağlayıcı ilə seçilən bu idman ayaqqabılarının qiyməti təxminən 991 dollardır.
"Maison Margiela"dan corab ayaqqabılar
İlk baxışdan coraba bənzəyən bu idman ayaqqabısının qiyməti 237 dollardır.
"Marni Black Banana" idman ayaqqabıları
Gələcəyin modeli kimi tanınan "Marni Black Banana" idman ayaqqabısının dabanında yerləşdirilən xüsusi yastıqlar ilə seçilir.Bu yastıqlar ayaqqabını daha rahat edirlər. Həmin idman ayaqqabısının qiyməti təxminən 250 dollardır.
Li-Ning Arc Ace
"Li-Ning Arc Ace"nin yaradıcıları kolleksiyalarını yalnız günəşli günlərdə geyinmək üçün yaradıblar. Çünki bu ayaqqabının üzərində xırda dəliklər həddindən artıq çoxdur. Bu idman ayaqqabısının qiyməti təxminən 185 dollardır.
Nike VaporMax Gliese
Corab və dərinin ahəngini yaradan və bu fikrə yeni bir nəfəs verən "Nike" şirkəti bir idman ayaqabıları yaradaraq,onu "Nike VaproMax Gliese" adlandırdı. Xüsusi qoruyucusu və qeyri-adi dizaynı ilə modeli seçilən bu idman ayaqqabıları moda aləmində seçilən modellər sırasına daxildir. Bu marka ayaqqabıların qiyməti 158 dollardır.
İdman ayaqqabısı "Balenciaga Triple S"
"Balenciaga Triple S" markasına aid olan idman ayaqqabıları keyfiyyət baxımından tam təchiz olunmuş modellər sırasına daxildir. " Balencia Triple S" markasına aid və məşhur dizaynerlər tərəfindən istehsal olunan piton rəngində olan "1017 Alyx 9SM" modelinin qiyməti təxminən 263 dollardır. Bu son model idman ayaqqabıları hətta səthdə gəzmək üçün xüsusi metaldan hazırlanmış tutucular ilə təchiz olunmuşdur.
"53045 Bump Air Black Gothic " idman ayaqqabısı
Gotik geyim tərzinin pərəşkarları " 53045 Bump Air Black Gothic" idman ayaqqabılarını çox bəyənəcəklər. Qara rəngdə olan bu idman ayaqqabıları zəncirlər və xüsusi tikan formasında düzələn dəmirlər ilə bəzədilib. Yastığabənzər daban ilə digər idman ayaqqabılardan seçilən bu modelin qiyməti təxminən 408 dollardır.
" Nike"dan gələcəyin modeli
Nike Korporasiyasının nümayəndələri idman ayaqqabılarını 3D formatında istehsal edirlər. Onlar 2016-cı ildə keçirilən "Milan Expo" sərgisində futuristik saplar ilə və yüksək platformalı bir idman ayaqqabısı təqdim etdilər. Bu şah əsərinin yaradıcıları əminliklə yaxın gələcəkdə bu cür ayaqqabıların mütləq dəbdə olacağını söylədilər.
"Furoshiki" markasından idman ayaqqabıları
Yaponların məşhur"Furoshiki"markası xüsusi idman ayaqqabılarını təqdim edib. Həmin model ayaqqabıların nə ayaqqabı bağları, nə də yapışqanları yoxdur. Bu ayaqqabılar ayağa corab kimi geyilir. İnsanların rahatlığını düşünərək həmin modeli istehsal edən yaponlar hər kəsi nəzərə alaraq, ayaqqabının qiymətini əlverişli ediblər. Qeyd edək bu tip idman ayaqqabıların qiyməti təxminən 140 dollardır.
Samirə Tağıyeva, "İki sahil"