30 mart 2021 17:21
1726

 Gözəllik müsabiqələri haqqında bunları bilirdinizmi?

Heç bilirdinizmi ki,  dünyada ilk “Gözəllik yarışması” üç ilahənin – Hera, Afrodita və Afinanın mifik rəqabəti əsasında təşkil  olunub.Həmin ilahələr münsif qismində isə adi insan olan Parisi seçiblər. Paris əsas mükafat olan almanı və ən gözəl xanım adını Afroditaya verib.

Hazırda dünyada  4 əsas gözəllik müsabiqəsi mövcuddur: Dünya gözəli, Kainat gözəli, Miss İnternational və Yer kürəsinin  gözəli.

İlk kainat gözəli titulunu finlandiyalı Armi Kuusela qazanıb. Lakin çox maraqlı faktlardan biri də odur ki,  1952-ci ailə həyatı quran Armi həmin tacdan imtina edərək, öz pərəstişkarlarını  çox təəccübləndirmişdi.

Gözəllik  yarışmasında iştirak edən xanımlar mütləq orada tətbiq olunan  qaydalara uyğun olaraq seçilirlər. Əsasən qaliblə seçilmək üçün boy, bədən proporsiyaları və s. gözəllik standartları əsas götürülür. Bundan başqa bir çox beynəlxalq yarışmalarda tələblərdən biri müsabiqə iştirakçısının ailə qurmaması və uşaq dünyaya gətirmiş olmamasıdır. Həmçinin iştirakçılar mütləq savadlı və mədəni olmalıdır.

 Müsəlman ölkəsi hesab olunan İndoneziyada da gözəllik yarışması keçirilir. Burada meyarlar başqadır. Qızlar səhnəyə hicabda çıxır, müsif heyətində isə əsasən  uşaqlar əyləşir. Burada yarışma müsəlman qadınının zərifliyini və gözəlliyini  vurğulamaq üçün keçirilsə də, qızlardan mərhəmətli qəlbə sahib olmaq, Qurani-Kərimdən parçalar söyləmək, dini baxımdan qadınlara nəyə icazə verilməsi və ya qadağa qoyulması haqda bilgilərə sahib olmaq tələb olunur. Qalib olan xanıma tac və Quran hədiyyə olunur.

“Kainat gözəli”nin qalibinin bir sıra öhdəlikləri var: “Kainat gözəli” seçilmiş xanım dünyanı səyahət etməli, Nyu- Yorkda yaşamalı və ərə getməməlidir. Həmçinin bu titulu daşıyan xanım müxtəlif tədbirlər hazırlayaraq QİÇS-lə və süd vəzi xərçəngi ilə mübarizə aparan insanlara dəstək olmalıdır.

Gözəllik müsabiqələri ilə bağlı maraqlı faktlardan biri də odur ki, 2012-ci ildə bu tip yarışmalarda   transseksuallar iştirak edə bilməzdi, lakin həmin ildən sonra qadağa ləğv olundu.

Venesuaelada gözəllik kraliçası yetişdirən xüsusi akademiyalar var. Bu sahəyə maraq o qədər çoxdur ki, insanlar qızlarını bura göndərirlər. Həmin akademiyaların mənfi tərəfi odur ki, burada  18 yaşına çatmayan qızlar müxtəlif kosmetik prosedurlardan və boy uzatmaq üçün hormonal terapiyalardan  keçməlidirlər. Bəzən qızların boğazlarına artıq  qida qəbul etməsin deyə xüsusi torlar tikirlər. Bikinidə  podiuma çıxan qızlar onun üzərlərindən  sürüşməməsi üçün xüsusi yapışqanlı lentlərdən istifadə edirlər.

"Kainat gözəli" üçün hazırlanan ilk tac 1500-dən artıq brilyantla bəzədilib və yarım milyon dollara sığorta olunmuşdur.Qeyd edək ki, bu  tac yalnız bir nüsxədə xüsusi sifarişlə hazırlanıb və hər il keçmiş gözəlin əlindən yeni qalibə təqdim olunur.

Samirə Tağıyeva, "İki sahil"