03 aprel 2021 23:30
1295

İsmayıllıya dolu və qar yağıb - FOTO/VİDEO

Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib.

"İki sahil" xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda  rayonun kəndlərində yağmurlu hava davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülür. Ən çox yağıntı rayonun İstisu kəndi ərazisinə düşüb. Doludan sonra kəndə qar yağıb.