07 aprel 2021 10:33
274

85 yaşını qeyd edən Dalay Lamanın uzunömürlülüklə bağlı 5 məsləhəti

6 iyulda Dalay Lama 86 yaşını qeyd edəcək. O, 110 il yaşamağı qarşısına məqsəd qoyduğunu deyir. Bu cür uzunömürlülüyü yalnız sağlamlığını prioritet edənlər təsəvvür edə bilərlər. Dalay Lama da öz qayğısına qalmaq, gümrah olmaq və ağlını iti saxlamaq barədə fərqli üsullardan istifadə edir. Dalay Lamanın uzunömürlü olmaq üçün müntəzəm olaraq etdiklərindən nümunə götürərək, gündəlik həyatımıza daxil edə bilərik:

1. Yuxu qrafikiniz dəqiq olmalıdır

Yuxu hər kəs üçün ən vacib meditasiyadır. Hətta quşlar və heyvanlar üçün də! Bu, nirvanaya çatmaq üçün deyil, sadəcə sağ qalmaq üçün vacibdir.

Dalay Lama hər gün axşam saat 7-də yatır, gecə saat 3-də yuxudan oyanır. O, bildirir ki, istirahət günləri belə yuxu rejiminə əməl etmək lazımdır. Milyonlarla illər təkamül keçən insan orqanizmində sadə bir qrafik dəyişməz qalıb: günəş batdı-yatmaq, günəş çıxdı-oyanmaq. Bu belə də olmalıdır,insan təbiətin bir parçasıdır,hər hansı bir digər qrafik bizim daxili ritmlərimizə qarşı çıxır.

2. Hər gün meditasiya

Dalay Lamanın gündəlik həyatında meditasiya xüsusi yer tutur. Səhər duşunu qəbul etdikdən sonra o meditasiya ilə məşğul olur. Tibet buddizminin baş rahibi olaraq, Lama meditasiyaya çox vaxt ayırır. Tədqiqatlar göstərib ki, meditasiya stresi azaldaraq, ağlı itiləşdirir və qocalmanın qarşısını alır.

3.Aktiv qalın

Aktiv qalmaq həftədə 5 dəfə məşq etməlisiniz demək deyil. Dalay Lama səhər yeməyindən öncə hər səhər saat 5-də 30 dəqiqəlik gəzinti ilə aktivliyini saxlayır. Hava gözəl olduqda açıq havada, yağışlı olduqda isə qaçış cihazında hərəkət edir.  Gəzinti, düzgün yerinə yetirildiyi təqdirdə fantastik bir kardio məşqidir. Sürətli gəzinti kaloriləri yandırır və əzələləri gücləndirir.

4. Bitki tərkibli qidalardan istifadə edin

Öz evində olduqda Dalay Lama vegetarian pəhrizindən istifadə edir, səyahətdə olduqda isə ət yeyir. O, ürək və bağırsaqların sağlamlığı üçün ətdən az istifadə etməyi məsləhət görür.

5. Şəfqətli olun

 Şəfqət beyinin sosial fəaliyyətə yönəlmiş hissələrini aktivləşdirir. Digər canlılara da şəfqət hislərini yönəltmək vacibdir.

Nubar Süleymanova, “İki sahil”