“Xiaomi”nin yeni smartfonu bazarda ən ucuz oyun smartfonu olacaq. İnsayderlərin fikrincə, mühəndislər ən ucuz oyun cihazının istehsalı ilə məşğuldurlar. Çinin “Xiaomi” şirkəti yeni smartfonun anonsunu etməyə hazırlaşır.
“Xiaomi” şirkətinin “Redmi” brendinin yeni oyun smartfonunun qiyməti iki min yuan (təxminən 520 Azərbaycan manatı) təşkil edəcək.
Hazırda oyun həvəskarları üçün bazarda ən ucuz oyun cihazı “Snapdragon 870”in bazasında yaradılmış "Black Shark 4”dür. Onun qiyməti təxminən 635 manatdır.
“Redmi” smartfonu “Snapdragon 870”in analoqu olan “MediaTek Dimensity 1200” prosessorunun bazasında yaradılacaq. “Samsung”un OLED ekranı və 5000 mAh gücündə batareya ilə təchiz ediləcəkdir.
Nubar Süleymanova, “İki sahil”