07 aprel 2021 17:06
1380

Yaralı əsgər deyirdi ki, məni buraxın döyüşə getməliyəm, çünki... - VİDEO

Düşmənə diz çökdürdüyümüz Vətən müharibəsində hər kəs Azərbaycan əsgərinin nə qədər cəsur, qorxmaz, vətənpərvər olduğunu gördü. Ağdaş rayonundan olan qazi Vüsal Mehdiyev də döyüşlər zamanı belə hallarla çox üzləşib.

O, “İki sahil“ə müsahibəsində şahid olduğu anı belə ifadə edib: “Yaralı əsgərləri tibb məntəqəsinə aparırdıq. Adını bilmədiyin bir yaralı var idi, vəziyyəti ağır idi. Həkimə deyirdi ki, məni buraxın, döyüşə davam etməliyəm. Yoldaşlarıma kömək lazımdır, düşməndən qisasımı almalıyam. Qarın boşluğundan yaralanmışdı, qanaxması çox idi. Həkim çətinliklə ona izah etdi ki, xəstəxanaya getməlisən”.

Taleh Bağırov, “İki sahil”