08 aprel 2021 01:33
579

YAP Daşkəsən rayon təşkilatının fəalları ilə görüş

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının rəhbərliyi ərazi ilk partiya təşkilatlarında partiya fəalları ilə görüşləri davam etdirir.

Aprelin 7-də bu silsilədən Alunitdağ qəsəbə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.

Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırov, partiya fəalları iştirak ediblər.

Tədbirdə 5 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, dövlət başçısı İlham Əliyevin geniş və məzmunlu, proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunub.

Yığıncaqda çıxış edənlər bildiriblər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini seçilməsi, aparılan geniş struktur islahatları sayəsində partiyamız bundan sonra da liderliyini qoruyub saxlayacaqdır.

Yekunda Cahangir Məmmədov Alunitdağ qəsəbə ərazi ilk partiya təşkilatının sədri seçilib.

Cavid Əkbərov, “İki sahil”