08 aprel 2021 15:29
2545

Ermənilər xəritələri verməməklə azərbaycanlıların doğma yurdlarına qayıtmasını ləngitmək istəyirlər

Teyyub Qənioğlu: Bütün mümkün imkanlardan istifadə edərək xəritələri verməsi üçün ermənilərə beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərilməsinə nail olmalıyıq

“Son yüz ildə baş verən bütün müharibələrdə döyüşən tərəflər ərazilərinin təhlükəsizliyi üçün minalanma həyata keçirir. Amma bir qayda olaraq ərazilərin minalanması prosesi planlı şəkildə aparılır. Yəni, bunun üçün müvafiq qərar lazımdır. Ən azından hərbi hissənin komandanlığı səviyyəsində ərazi müəyyənləşdirilir və qərar qəbul edilir. Minalanma başa çatdıqdan sonra isə mütlıq həmin ərazilərin xəritəsi tərtib edilir. Sülh sazişi imzalandıqdan sonra beynəlxalq hüquq qaydalarına uyğun olaraq tərəflər minalanmış ərazilərin xəritələrini əks tərəfə təqdim etməlidirlər ki, ərazilərin minalardan təmizlənmə prosesi tez başa çatsın və tərəflərə artıq zərər dəyməsin.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

T.Qənioğlu bildirib ki, ermənilər üçün beynəxalq hüquq qaydaları istisnadır: “Onlara əslində xalq demək düzgün deyil, onlar “qaniçən” toplumdurlar. Daima başqalarının hesabına yaşamağı özlərinə adət ediblər və türk düşmənçiliyi onların iliyinə işləyib.”

Partiya sədri qeyd edib ki, birinci Qarabağ müharibəsindən başlayaraq ermənilər xarici havadarlarının köməyi ilə işğal etdikləri ərazilərimiz minalayıblar. Təxminən 30 ilə yaxın müddət ərzində bütün işğal etdikləri ərazilərimiz addım-addım minalayıblar və həmin ərazilərin müvafiq xəritələri var: “Nə qədər danslar da basdırdıqları minalaı ərazilərin xəritəsi onlarda var. Sadəcə, bu xəritələri vermək istəmirlər. Onlar öz xislətlərinə uyğun olaraq daha çox azərbaycanlının ziyan çəkməsini istəyirlər. Onlar xəritəni verməməklə azərbaycanlıların doğma yurdlarına qayıtmasını ləngitmək istəyirlər.”

Həmsöhbətimiz bildirib ki, 44 günlük Vətən müharibəsindəki sarsıdıcı zərbələr, acınacaqlı məğlubiyyət onları ağıllandırmayıb: "Yenə də revanşdan, “itirdikləri” əraziləri qaytarmaqdan danışırlar. Xəritələri vermək istəməmələrinin digər səbəbi də budur. Onlarda az da olsa ağıl varsa, revanş haqqında düşünməsinlər. Beynəlxalq təşkilatlardan tələb etmək lazımdır ki, ermənilərə təzyiq göstərib xəritələri vermələrinə nail olsunlar. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar ermənilərə himayədarliq edirlər, ona görə də ermənilərə təzyiq göstərmirlər. Deməli, əsas iş Azərbaycan üzərinə düşür. Azərbaycan öz imkanları və qardaş ölkə Türkiyənin köməyinə arxalanaraq, başqa dost dövlətləri də bu prosesə cəlb etməklə ərazilərin minalardan təmizlənməsini tezləşdirə bilərlər.”

Partiya sədri son olaraq onu da vurğulayıb ki, bütün mümkün imkanlardan istifadə edərək xəritələri verməsi üçün ermənilərə beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərilməsinə nail olmalıyıq. 

Röya Rasimqızı, “İki sahil”