09 aprel 2021 17:03
959

Sağlam olmaq istəyirsinizsə...

“La Satmpa” qəzeti xəbər verir ki, Avstraliyanın Queensland  Universitetində aparılan bir tədqiqatda, masa arxasında çalışanların qısamüddətli fasilələr zamanı az da olsa hərəkət etməsinin, ürək sağlamlığı baxımından faydalı olduğu müəyyənləşib. Mütəxəssislərə görə, bu fasilələr zamanı hərəkət etmək ateroskleroz və şəkər kimi xəstəliklərdən də qorunmağa kömək edir. Aparılan tədqiqatlar  nəticəsində iş yerində ara-sıra ayağa qalxaraq, hərəkət etməyi vərdiş halına salanların, heç hərəkət etməyənlərlə müqayisədə nisbətən bellərinin daha incə olduğu da müşahidə edilib.

“Sağlamlıq üçün daha çox hərəkət edin” çağırışını səsləndirən mütəxəssislərin masa arxasında bu hərəkətləri etməyinizi  məsləhət görünürlər:

Əgər bir iş yoldaşınızla söhbət etməlisinizsə, telefonla əlaqə saxlamaq yerinə, durub yanına gedin.

Hər mərtəbədə ictimai xidmət sahəsi varsa da, digər mərtəbələrdəkindən istifadə etməyə çalışın. Liftdən yox, pilləkanlardan istifadə edin.

 Telefonla danışmağınız mütləqdirsə, ayaq üstə danışın.

Əslində çox kiçik görünən bu məsləhətlərə əməl etməklə sağlamığınızı qoruyacağınıza əmin ola bilərsiniz.

Samirə Tağıyeva, "İki sahil"