09 aprel 2021 23:37
931

Alimlər yeni vaksin hazırladılar: Daha ucuzdur

Mütəxəssislər dünyadakı yoxsul ölkələrin pulsuz əldə edə biləcəyi yeni bir vaksin üçün güclərini birləşdiridi.

"İki sahil" xəbər verir ki, onlar "Pfizer/BioNTech" və "Moderna"dakından daha güclü bir formulun istifadə edildiyi "NDV-HXP-S" adlı peyvəndinin qoruyucu olduğunu bildiriblər. Bununla birlikdə heyvanlar üzərində aparılan çalışmalara görə 100 faizlik nəticələr əldə edilib. Hazırda isə insanlar üzərində sınaq edilir və payızda istifadəyə veriləcəyi deyilir. "NDV-HXP-S" adı verilən peyvənd mövcud vaksinlərdən daha güclüdür. Əgər daha təsirli və güvənli olduğu sübut edilərsə, ildə 1 milyarddan çox doza istehsal edilə bilər.