11 aprel 2021 23:43
838

Bu ədviyyatlarda bakteriyalar sürətlə çoxalır

"WeChat" mobil rabitə sisteminin müəllifi sağlamlıq üçün təhlükəli 6 qidanın siyahısını sadalayıb.

"İki sahil" milli.az-a istinadən xəbər verir ki, bloger bu səbəbdən həmin məhsullara xüsusilə endirim vaxtı daha az yer verməyi tövsiyə edib.

Blogerin sözlərinə görə, çəkilmiş ət köhnə ətdən və ya piy qatılaraq hazırlanır. Buna görə məhsul təhlükəlidir. Evdə çəkilmiş ət bişirmək daha yaxşıdır. Bloqun müəllifi supermarketlərdə duzlu tərəvəzlərin zərərli mikroorqanizmlərin düşə biləcəyi qutularda saxlandığını, əlavə olaraq istifadə ömrünü artırmaq üçün natrium qatıldığını açıqlayıb.

Mütəxəssis qrili də arzuolunmaz məhsullar siyahısına daxil edib. Bloger qrilin köhnə məhsullardan hazırlandığı qənaətindədir.

Dilimlənmiş meyvələr isə faydalı xüsusiyyətlərini itirir, əlavə olaraq əl ilə qablaşdırıldıqda bakteriyalar onlara asanlıqla daxil ola bilər. Meyvə dilimləri xarab olmuş qalıqlardan hazırlanır, çürük hissələri kəsilib atılır.