12 aprel 2021 01:36
1395

İydənin 10 faydası - Şəkər xəstələrinə dərmandır?

İydə çəyirdəkli kiçik meyvədir. Novruzda gündəmə gəlir, lakin onu ilboyu yemək lazımdır.

Təkcə meyvəsi yox, yarpaqları da faydalıdır.

"İki sahil" milli.az-a istinadən bu möcüzə meyvənin bilmədiyiniz faydalarını təqdim edir.

İydə digər bitkilərdən fərqli olaraq azotu köklərində depolayır. Bunun sayəsində o istənilən torpaqda, quru torpaqda belə yetişir. Yaz və qış aylarında belə yaşıl qalan yarpaqları vardır.

100 qram iydədə 120 kalori var.

1 iydədə 3 kalori var.

- İydədə lif çox olduğu üçün bağırsaq problem və həzmsizliyi aradan qaldırır

- Sodium, fosforla zəngindir. Bol protein var.

- A və C vitamini sayəsində immuniteti yüksəldir

- Daha çox böyrək xəstəliklərində təsiri ilə məşhurdur. Böyrək daşı, qumu, kristalları zamanı tumu ilə birgə qaynadılaraq çay kimi içilir.

- İydə Omeqa 7 yağı ilə zəngindir. Hüceyrələri yeniləyir, qocalmağa qarşıdır.

- Mədədə ağırlıq, həzmsizlik, şişkinlik zamanı yeməkdən sonra 3-4 ədəd iynə yemək olar
- Bronxit. allergiya, öskürəkdə yarpağı ilə birgə qaynadılaraq, içilir.

- Ürək və damarlarını qoruyur

- Qaraciyəri toksinlərdən təmizləyir

- Pis xolesterolu qovur

- Orqanizmin su itkisinə səbəb olan ishalda iydə yeyilməlidir

- İydədə şəkər olsa da, o diabet xəstələrində şəkəri qaldırmır, əksinə onlara faydalıdır

- Arıqlamaq istəyənlər dieta zamanı daxili yağları əritmək üçün iydə yeyə bilər

- İydə əzməsi bəzi dəri xəstəlikləri və ekzemada çəkilir.