13 aprel 2021 17:10
1566

Məşhurların sahib olduqları restoranlar - FOTO

 Mark Uolberg - "The Wahlburgers"

Mark Uolberg yalnız Hollywoodun ən çox qazanan aktyorlarından biri deyil, eyni zamanda, uğurlu  təşəbbüskardır. O, qardaşları Paul və Donni ilə birlikdə 2011-ci ildə hamburgerləri ilə məşhur olan "The Wahlburgers"'i açıb. Bu yer ABŞ-da çox məşhurdur .

Qeyd edək ki, Mark Uolbergin ABŞ-da bir neçə belə restoranı var.Biznesini genişləndirən Mark  keçən ilin əvvəlində Londonda da belə bir restoranın açılışını edib. Ümumilikdə "The Wahlburgers"  restoranlar  şəbəkəsinə 31 restoran daxildir. "The Wahlburger"də qiymətlər əlverişlidir, hamburger 9,95 ilə 14,95 dollar arasında dəyişir. Sahibkarlar, eyni zamanda, A&E kanalında yayımlanan eyni adlı verilişin müəllifləridirlər.

 Ludacris -" Chicken+ Beer"

Ludacris  həm musiqidə, həm də   biznesdə uğur qazanan məşhurların sırasına daxildir. Uzun illər ərzində bizneslə məşğul olan  repçi restoranlara da investisiya qoymaq qərarına gəlir və bir neçə il əvvəl o, "Chicken + Beer" müəssisəsini  açılışını edir. Bu restoran tanınmış repçinin üçüncü albomunun adını daşıyır. Burada  14.99 dollara müxtəlif  növ burger və eyni qiymətə olan salatları əldə etmək olar. Lakin bu yer nəinki əlverişli qiymətləri ilə tanınmaqdadır,  həmçininn pivə həvəskarları arasında da  çox məşhurdur.Demək olar ki, burada bu içkinin   müxtəlif  növləri  mövcuddur.

Susan Sarandon - "Spin"

"Holywood"un məşhur aktrisası və bir çox mükafatların sahibi olan Susan Sarandon  2009-cu ildə restoran açmağa qərar verdi. Onun "Spin" adlı məşhur restoranı  nəinki yeməkləri, həmçinin qeyri-adi dizaynı ilə seçilir."Spin "ində müştərilərin saatda 79 dollara kirayəyə götürə biləcəyi bir neçə stolüstü tennis masası mövcuddur . Amerikalılar bu tip yerləri çox bəyəndilər. Hal-hazırda Susan Saradonun ABŞ-da fərqli tədbirlərə ev sahibliyi edən  doqquz restoranı var və hər restoranda stolüstü tennis masalarını görmək olar.Dadlı qəlyanaltıları ilə tanınan "Spin"restoranında  14 dollara heç bir yerdə dadmadığınız  şaurmanı əldə edə bilərsiniz.

Çanning Tatum - "Saints & Gunners"

Digər tanınmış aktyor Çanning Tatum da  restoran işinə sərmayə qoyan  məşhurlar sırasına daxildir. Aktyor Nyu Orleandakı" Saints & Sinners "klubunun, barın və restoranın sahibidir. "Saints & Sinners" restoranının menyusuna burger, dəniz məhsulları və müxtəlif növ  makaronlar daxildir.Burada qiymətlər əlverişlidir və cəmi 20 dollara  xüsusi reseptlər ilə hazırlanan makaronları dadmaq olar.

 Drake - " Pick 6IX"

Bir neçə il əvvəl Drake Kanadanın Toronto şəhərində özünəməxsus "Pick 6IX" idman barını qurmağa qərar verdi. Məşhur aşpaz İvan Beyli ilə birlikdə hamburger, taco və naçoslara xüsusi dad qataraq onları satmağa başladılar. Qeyd edək ki, bu, Drakın restoran sənayesinə olan ilk sərmayəsi idi. Ancaq onun ilk  təcrübəsi nədənsə heç uğurlu olmadı.Müştərilər sosial şəbəkələrdə barın  bağlanacağı mesajını görəndə çox təəccübləndilər. Tezliklə mətbuat işçiləri Drakın restoranının kirayə pulunu ödəmədiyi üçün bağlandığını öyrəndi.

 Ladi Gaga - "Joanne Trattoria"

Epataj sənətçi valideynləri ilə birlikdə bir İtalyan restoranı açıb.Burada  müştərilər 24-28 dollar arasında italyan mətbəxinə aid dadlı makaron yeməklərindən dada bilərllər. Bu  restorana Ladi Gaga  on il əvvəl vəfat edən xalasının adını verib.

 Frensis Ford Copolla - Rustic, Francis’in Favorites

Frensis Ford Coppola bütün dünyada tanınan  ən yaxşı rejissorlarından biridir. İtalyan mədəniyyətini dəyərləndirən rejissor" Rustik, Francis’in Favorites" adlı bir İtalyan restoranını açmağa qərara gəlir. Burada bir tək italyan mətbəxinə aid olan yeməklərdən başqa dünyanın müxtəlif ölkələrinə aid təamlarını dadmaq olar. Bu restoranda  sabit menyu yoxdur. Menyunün qiyməti adambaşına 49 dollardır.

 Rayan Gosling - "Tagine Beverly Hills"

Rayan Gosling  yaxın dostları  Sommelier Kris Angulo və aşpaz Abdessamad Benameur  ilə birlikdə ərəb mətbəxində ixtisaslamış bir yer açdılar. "Tagine Beverly Hills"adlı bu restoranda yeməklərin qiyməti 60 dollardan başlayır. Mərakeş mətbəxini sevən insanlar üçün bu məkan əsl  tapıntıdır.

 Maykl Cordan - "1000 North"

İdman kralı kimi tanınan Michael Cordan 2018-ci ildə  "Palm Beach Country"də "1000 North" adlı lüks bir restoran açdı. Eksklüziv restoranda xüsusi bir menyu  90 dollardır.  Yalnız içki içmək istəyən müştərilər üçün qiymətlər 16 dollardan başlayır. Restoran qeyri-adi  salonu və fantastik mənzərəli terası ilə diqqət çəkir. Bu, Maykl Cordanın restoran biznesində ilk təşəbbüsü deyil. O, həmçinin Konnectikutdakı  "Steak House" və "Jordan Spot"a da sahibdir.

Robert de Niro - Nobu

"Nobu", Nyu-Yorkun ən məşhur yapon restoranlarından biridir. Bu müstəsna restoranda yemək adambaşına orta hesabla 130 dollara başa gəlir. Restoran Yapon və Peru mətbəxinin maddələrinin birləşməsi ilə məşhur olan yapon aşbaz Nobuyuki Matsuhisaya məxsusdur.Lakin, insanların çoxu onun tək sahibi olmadığını bilmir.Əslində məşhur aktyor Robert De Niro ilə  Noyubuki  1988-ci ildə tanış olub və məhz həmin ildə birlikdə bu restoranı açıblar.

Qeyd edək ki, De Niro "Locanda Verde" kimi digər restoranların da ortaq sahibidir.

Samirə Tağıyeva, "İki sahil"