İspaniyada Roma evləri deyilən ərazidə arxeoloji tədqiqatlar zamanı Roma İmperiyası dövrünə aid çox qədim bir seyf tapılıb. Böyük ağacdan hazırlanmış, üzəri bürünc və digər metallarla örtülmüş seyfin 4-cü əsrə aid olduğu təxmin edilir.“Planet Today” xəbər verir ki, yanğın baş vermiş dəbdəbəli bir evin otağından tapılan seyfin çöldən və içəridən qutunu əhatə edən bürünc detalları və digər bəzək əşyaları olduğu kimi qorunub saxlanılmışdır.
Seyf nümayiş üçün İspaniyanın Mədəni İrs İnstitutuna təhvil verilib.
Nubar Süleymanova, “İki sahil”