14 aprel 2021 14:32
1688

Məşhur futbolçular haqqında 7 maraqlı fakt - FOTO

Futbol dünyasında maraqlı hadisələr tez-tez baş verir. Futbol tarixində baş verən bu tip hadisələr haqqında topladığımız məlumatları  təqdim edirik.

Salfet üzərində müqavilə

Məşhur  futbolçu  Messi hal-hazırda böyük var-dövlətə sahib olsa da, ancaq karyerasını  adi bir salfet üzərində imzaladığı müqavilə ilə başlamışdı. Həmin müqaviləni imzaladığı  zaman onun yanında argentinalı agenti Josep Maria Minghelia və keçmiş Barcelona məşqçisi Carles Rechak vardı. 2012-ci ildə həmin  bu salfet   Barselona Muzeyinə verilmişdi. Məşhur salfeti görmək istəyənlər, buna görə  pul ödəməlidirlər.

 Avtoqolların rekordçusu

Bütün karyerası boyu yarımmüdafiəçi olan  Pinheyro  avtoqolların rekordçusu kimi tarixə düşüb. Fərqli oyunlarda qapını səhv salaraq öz qapılarına qol vuran futbolçu bir müddətdən sonra məşqçilərin hücumuna məruz qalmışdı. Qeyd edək ki, Pinheyro öz qapılarına  10 dəfə qol vuraraq, özünü  antireklam etmişdi.

İnanılmaz heç-heçə

1976-cı ildə" Aston Villa"  "Lester" ə qarşı oynadı. Matç 2: 2 hesabı ilə bitdi. Belə görünə bilər ki, burada qəribə bir şey yoxdur. Lakin bu oyunda diqqət çəkən məqamlardan ən əsası bu oldu ki, oyunda  bütün qolları Nikolls vurdu. O,  əvvəlcə 2 qolu öz qapılarına vursa da,  sonra iki dəfə rəqiblərini əsəbləşdirərək acığını çıxıb.

Optik mağazaya sahib olan futbolçu

Qarşılaşma zamanı italyan qapıçı Grosso hakimin qərarlarından narazı qaldığından sonra ona eynək almasını məsləhət gördü. Hakim onun bu sözləri bir təhqir kimi qəbul edərək,  qapıçını oyundan  kənarlaşdırdı. Lakin maraqlı faktlardan bir də odur ki, bir müddətdən sonra  hakimin görmə problemi olduğu ortaya çıxdı. Sən demə, Grosso bir optik mağazasına sahib olduğuna görə,hakimin gözlərində olan bu problemə diqqət yetirmişdi. Nəticədə hakim məhz Grossonun optik mağazasına gedərək özünə eynək sifariş etdi. Aydındır ki, bu cür reklamlardan sonra Grossonun mağazasını çox məşhurlaşdı.

Kriştiano Ronaldonun adının  mənası

Müsahibələrindən birində Ronaldo adının haradan gəldiyini izah etdi. Onun sözlərinə görə, Ronaldoya Amerikanın qırxıncı Prezidenti Ronald Reyqanın adı verilib. Kristiano da məhz bu prezidentin karyerasında əsas vəzifəni tutduğu vaxtda anadan olduğuna görə, ona bu ad verilmişdi.

Futbol tarixində "0" rəqəmi altında oynayan futbolçu

Mərakeşdən olan futbolçu Hisham Zeruali  soyadı sayəsində pərəstişkarlarından "Zero" (Sıfır)  ləqəbini almışdı. Uzun illər ərzində "0" rəqəmi altında oynayan futbolçu çox  təəssüf ki, 2004-cü ildə avtomobil həyatını itirdi. Ölümündən sonra tarixə düşən bu futbolçunun şərəfinə " Pittodry" stadionunda abidə qoyulmuşdu.

Qapıçıya ehtiyac olmayan oyun

Ötən əsrin 50-ci illərində futbol tarixində  misilsiz bir qarşılaşma baş vermişdi.Bu oyunla bağlı maraqlı faktlardan biri də odur ki,  isveçli gənclər komandası "Jungorden" in qapıçısı heç bir dəfə də topa toxunmamşdı. Qeyd edək ki, " Jungorden" komandası rəqibinə nə az, nə çox 18 cavabsız qol vurdu.

Samirə Tağıyeva, "İki sahil"