İlin əvvəlindən ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb.
Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq