14 aprel 2021 15:18
971

Alimlər COVID-19 vaksinləri ilə bağlı mifləri təkzib ediblər

Rusiyalı alimlər koronavirus vaksinləri haqqında yayılan miflərə aydınlıq gətiriblər. Molekulyar bioloq, Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev bildirib ki, vaskinin tərkibində virus olduğu üçün vaksindən sonra xəstələnmək mümkün deyil. Onun sözlərinə görə, preparatın tərkibində bir koronavirus geninin cəmi yarısı var və bu, hər hansı infeksiya halı yarada bilməz.

“Raspotrebnadzor”un epidimiologiya şöbəsinin elmi işçisi Aleksandr Qorelov isə vaksinin qısa vaxtda, ciddi şəkildə təcrübələr aparılmadan yaradılması ilə bağlı mifə münasibət bildirib. O, effektivliyin və təhlükəsizliyin peyvənd diaqnozu üçün əsas parametrlər olduğunu və dərman qeydiyyatı şirkətlərinin beynəlxalq bir protokola ciddi şəkildə əməl etdiyini vurğulayıb.

Mütəxəssislər peyvənddən sonra sonsuzluğun inkişaf riskini də inkar ediblər. Skulaçev bunun boş yerə yayılan bir cəfəngiyyat olduğunu bildirib, heç bir peyvəndin sonsuzluğa səbəb olmadığını qeyd edib.

Tibb elmləri doktoru Anton Yershov peyvəndi COVID-19 daxil olmaqla hər hansı bir viral infeksiyaya qarşı yeganə profilaktik tədbir adlandırıb.

Nubar Süleymanova, “İki sahil”