15 aprel 2021 09:12
799

Türk əsgəri həlak olub

İraqın şimalında törədilən raket hücumunda Türkiyə hərbi qulluqçusu həlak olub.

"İki shail" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Tvitter"də yazıb.

Məlumata əsasən, üç raket Qedu hərbi bazasının yaxınlığına düşüb. Onlardan biri bazaya, digəri kəndə düşüb.

Nazirlik hücum nəticəsində Türk ordusunun bir əsgərinin öldüyünü və bir uşağın yaralandığını qeyd edib.

Hücumdan sonra bölgəyə pilotsuz uçuş aparatı göndərildi və dərhal lazimi tədbirlər görülüb.

Nazirlik əsgərin ailəsinə başsağlığı verib və uşağın tezliklə sağalmasını arzu edib.