15 aprel 2021 15:45
2480

Dünyanın ən uzun magistral yolu- Pan-Amerikan Highway/FOTO

Kanadanın ən şimalından Argentinanın ən cənubundakı Ushuaiaya qədər uzanan Pan-Amerikan magistral yolu dünyanın ən uzun yoludur.

“İki sahil” xəbər verir ki, Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerikadan keçən avtomobil yolunun uzunluğu 48 min kilometrdir. Ginnesin Rekordlar Kitabına düşən Pan-Amerikan magistral yolu 14 ölkədən keçir. Kanada, ABŞ, Meksika, Qvatemala, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Kolumbiya, Ekvador, Peru, Çili və Argentina bu magistral yolun keçdiyi ölkələrdir.

Quru nəqliyyatı dünya nəqliyyat şəbəkələrində ən əhəmiyyətli paya sahib olmağa davam edir. Hava nəqliyyatının rolu artsa da, magistral yollar ölkələri və hətta qitələri bir-birinə bağlayır. Üstəlik, bu yollar içində Ginnessin Rekordlar Kitabına düşməyi bacaran Pan-Amerikan magistralı yolu da var. Kanadanın ən şimalında Arktik bölgədəki qəsəbəsi olan Prudhoe qəsəbəsindən başlayan Pan-Amerikan magistral yolu, Argentinanın ən cənubundakı Ushuaia qəsəbəsinə on min kilometr yol qət edir. Alyaska şossesi, ana xətt və qeyri-rəsmi yollardan əmələ gələn bu yol macəraçı səyahətçilər üçün də qət olunması lazım olan bir yol kimi qarşımıza çıxır. Mərkəzi Amerika ilə Cənubi Amerikanın birləşdirildiyi nöqtədə yerləşən Darien Körfəzindəki 160 kilometrlik hissə hazırda giriş üçün bağlandığı üçün bu yolu müvəqqəti olaraq birbaşa qət etməyə ara verilib. Bu 160 kilometrlik kəsilmiş hissədə işlər davam edir və yaxın gələcəkdə yenidən Kanadanın ən şimalından Argentinanın ən cənub nöqtəsinə gedən yolda bu magistiral yol sərnişinlərə xidmət göstərməyə davam edəcəkdir. Hazırkı fasiləli yol müxtəlif alternativ yollarla əvəz olunur. Məşhur mədəniyyətdə də özünə yer tapan bu avtomobil yolu Amerika filmlərində tez-tez görülür. Əsasən yol filmlərindəki səhnələrin çəkildiyi magistral yolun bəzi bölgələri də xarabalıqları ilə məşhurdur. Bu da magistral yolda bir qorxu yaradır. Qarla örtülmüş meşələrdən başlayan bu yol ABŞ-ın sonsuz səhralarından keçir. Bəzən bu səhralarda qum fırtınaları olur və sərnişinlər də bu səbəbdən qapalı qala bilər. Bununla birlikdə, mümkün bir nəqliyyat vasitəsi nasazlığı halında xüsusilə bu səhra iqlimində sürücülər çox çətinliklə qarşılaşırlar.

Lakin bu uzun magistral yol yalnız səhralardan və qarla örtülmüş ərazilərdən keçmir. Bu şosse Mərkəzi Amerikanın sulu meşələrindən də keçir. Magistral yolun hər iki tərəfi meşə ilə örtülü olduğu halda, bu yolda çox sayda canlılara da rast gəlmək mümkündür. Avtomobil yolunu bir başdan o biri başa qət edənlər bir neçə fərqli iqlim qurşağını görmək imkanına malikdir. Bu, magistral yolun nə qədər böyük olduğunu açıqlamaq baxımından çox vacib bir məlumatdır. Qütblərdən başlayan yol ekvator bölgəsini də keçib uzaq cənuba gedir. Magistral yolun Alyaskadan keçən hissəsi BBC tərəfindən dünyanın ən təhlükəli marşrutlarından biri seçilib. Çünki magistral yol 384 kilometr məsafədə heç bir yaşayış sahəsindən keçmir. Təcili ehtiyac olduğu təqdirdə, bu 384 kilometrlik məsafədə sizə kömək edəcək bir kimsə tapa bilməyəcəksiniz. Magistral yol eyni zamanda Amerikanın beş ölkəsinin paytaxtlarından da keçir. Bu baxımdan Pan-Amerikan magistralının özünəməxsus bir istiqaməti var. Bu paytaxtlar Guatemala City (Qvatemala), San Salvador (Salvador), Managua (Nikaraqua), San José (Kosta Rika), Panama City (Panama) şəhərləridir. Alyaskadakıya bənzər bir biçimdə olan bu magistiral yolun digər bir təhlükəli nöqtəsi də Kosta Rikadadır. Mərkəzi Amerika ölkəsi olan Kosta Rikanın "Ölüm Təpəsi" kimi tanınan 3.335 metr hündürlüyündə Cerro de la Muerte dağı, avtomobil yolu istifadəçilərinin qalxması və enməsi üçün əngəl olaraq qarşılarına çıxır.

Pan-Amerikan magistral yolunun ən çətin yollarından biri də Çili və Argentinanı birləşdirən Xilaskar İsa Tünelidir. Argentinanın paytaxtı Buenos Ayresə gedən bu yolda qarşılaşdığınız tunel, bəlkə də marşrutun ən yüksək nöqtəsi sayılır. 48 min kilometrlik bu xəttin bitdiyi Argentinanın ən cənub şəhəri Ushuaia, eyni zamanda insanların yaşadığı dünyanın ən şimal nöqtəsidir. İkinci Dünya Müharibəsi illərində inşa olunmağa başlayan və hələ də inşasına bəzi yerlərdə davam edən magistral yol, 14 ölkəni və bir çox mədəniyyəti birləşdirməyə davam edir.

Vüsal Cahanov, “İki sahil”