15 aprel 2021 16:14
994

İnternetdə ən çox axtarılan sual: Narsist nədir?

Narsistin nə olduğu insanları maraqlandıran suallar arasında yer alıb. Özündəki ruhi pozğunluqdan xəbərsiz olan və bu vəziyyəti qəbul etməyən, başqalarının fikirlərinə qarşı etinasız şəxslərdir. Bu sözün mənşəyi Yunan mifologiyasına görə Narkissos adlı şəxsdən götürülüb. Simptomları arasında: öz xeyri üçün başqalarından istifadə etmək, çox bəyənilmə istəyi, sayğısız davranmaq kimi hallar yer alır.

Bu xəstəlikdən əziyyət çəkənlər özlərini hər zaman digər insanlardan üstün görür, bənzəri olmayan biri olduğunu düşünə bilər. Biz buna qısaca özünə heyranlıq da deyə bilərik.

Hüsniyyə İdrisova,

BSU-nun IV kurs tələbəsi