16 aprel 2021 13:01
4301

İnək südü ilə bağlı bilməli olduğunuz 17 maraqlı fakt - FOTO

Süd çox mürəkkəb bir içkidir, soyuducularımıza daxil olmadan öncə çoxlu proseslərdən keçir. Lakin yenə də bu qidalandırıcı içki sağlamlıq üçün faydalıdır.

1. Əhilləşdirilmiş inəyin məlum olan ən qədim qalıqları eramızdan əvvəl 8-ci minilliyə aiddir. Yəni 10 min ildən çoxdur ki, inək südü içirik.

2. İnəklərin hər əmcəyindən alınan süd fərqli tərkibə malik olur.

 3. Süd içmək osteoporoz riskini azaldır.

4. Dünya əhalisi ildə 580 milyon litr süd içir - gündə təxminən 1,5 milyon. Bu həcmi təmin etmək üçün hər gün təxminən 105 min inəyin sağılması lazımdır.

5. Tədqiqatlar göstərib ki, süd içmək əksər insanlar üçün faydalı olsa da, bəzi xərçəng növlərində şişlərin böyüməsinə səbəb olur.

6. İnək südündə insan südündən 300 dəfə çox kazein (insanlar üçün faydalı səkkiz əsas amin turşusunu özündə ehtiva edən protein) var.

7. Süd A vitamini ilə də zəngindir. A vitamini sağlam dəri və yüksək immunitet səviyyəsini qorumaq üçün vacibdir.

8. Süd inanılmaz bir kalsium mənbəyidir. Kalsium diş və sümüklərin möhkəmliyi üçün faydalıdır.

9. Süd çürüməsin deyə onun üzərinə keçmişdə qurbağa qoyurdular. Qurbağanın dərisinin antimikrob xüsusiyyəti bakteriyaların yaranmasına imkan vermirdi.

10. 1960-cı illərdə südün ultra pasterizasiyası prosesi işlənib hazırlandı, həmçinin aseptik paketləmə sistemləri (TetraPak) yaradıldı və beləliklə südün saxlama müddəti yarım ilədək uzandı.

 Pasterizə prosesi zamanı faydalı xüsusiyyətlərini qorumaqla məhsul bakteriyalardan təmizlənir. ABŞ-ın Qida Texnologiyaları İnstitutu 1989-cu ildə pasterizasiya prosesini XX əsrin qida sənayesində ən əlamətdar hadisə adlandırmışdı.

11. Bilirdinizmi ki, süddən görünməz mürəkkəb kimi istifadə etmək mümkündür, üzərində südlə yazılmış kağızı yalnız isitdikdə yazı üzə çıxır. Həbsxanaya salınmış V.İ. Lenin konspirativ məktublarını bu üsulla yazırdı.

 12. Südü şəffaf bir qabda saxlamaq olmaz, bu zaman onun tərkibi pozulur. Çoxqatlı hermetik karton qutular südü xarici faktorların təsirindən qoruyur və saxlama müddətini uzadır.

13. Şimşək zamanı süd turşuya bilər - bu, hər hansı bir maddəyə nüfuz edən uzun dalğalı elektromaqnit impulslarının təsiridir.

 14. Süd, demək olar ki, 90% sudan ibarətdir və eyni zamanda təxminən, 80 faydalı mineral elementi özündə birləşdirir. Pasterizə edildikdə kalium, kalsium, maqnezium və digər vitaminlər dəyişmədən qalır.

15. Yağsızlaşdırılmış süd ən aşağı yağ nisbətinə malik olur-0,05 %. Yağlı süddə bu göstərici 1,5-2 %, xalis süddə 3,5 % olur. Bu rəqəmlər bütün hallarda 100 qram süd üçün nəzərdə tutulur.

 16. Brüsseldə Beynəlxalq Süd Günü şəhərdəki qeyri-adi fontanlardan birində su yerinə süd axır.

 17. İdman məşqlərindən sonra enerji içkiləri yerinə süd içən insanlar daha yaxşı nəticələr əldə edirlər. Tərkibindəki vitamin və mikroelementlər balansı hesabına süd əzələ kütləsini artırır , süd yağı bədən yağlarının parçalanmasını sürətləndirir.

Nubar Süleymanova, “İki sahil”