16 aprel 2021 16:23
1191

Rinoplastikadan sonra bunları etməyin

Siqaretdən imtina etməlisiniz

Siqareti əməliyyatdan 2 həftə əvvəl tərgitməkdə fayda var. Hətta ondan 3-4 həftə istifadə etməməniz daha məsləhətlidir, çünki  siqaret yaranın sağalma müddətinə mənfi təsir göstərə bilər.

 Suyun dəyməməsinə diqqət edin

 Burun əməliyyatından sonra  1 həftə duş qəbul etmək olmaz.

İdmanla məşğul olmaq olmaz

Ağır idman növlərinə 1 ay ara vermək lazımdır.  1 ay ərzində  dənizə, hovuza, saunaya getmək heç məslət deyil. Həmçinin 1 ay boyunca ağır əşlayalar qaldırmayın.

Günəşdən qorunmaq lazımdır

Ən azı 6 ay günəş qəbul edərkən və çölə çıxarkən yüksək qoruma faktoru olan günəşdən qoruyucu krem istifadə etməlisiniz.

1-6 ay arası eynəkdən də istifadə etmək olmaz. Əgər eynək mütləqdirsə yüngül eynəklərdən istifadə edin.

İctimai nəqliyyatdan  istifadə məsləhət deyil

Əməliyyatdan sonra avtobus, metro kimi ictimai nəqliyyatdan istifadə etməyin,çünki burada kimsə bilmədən burnunuzu zədələyə bilər.

Depressiyaya düşmək olmaz

Burun əməliyyatından dərhal sonra yeni burnunuzun istədiyiniz kimi olacağını düşünməyin. Çünki ilk 1 həftə burun içində tampon, üzərində isə gips olur.  İlk 3 gün yüngül ağrı, ilk həftə isə çoxlu şişkinlik və göyərmələr ola bilər. Burundakı bütün şişlərin çəkilib normal olması 6 aya qədər uzana bilər.

Samirə Tağıyeva, "İki sahil"