Braziliyanın San Paulo şəhərində yerləşən “Keymada-Qrandi” və ya “İlanlar adası” dünyanın ən təhlükəli adasıdır.
San-Paulo şəhərinə 144 km məsafədə yerləşən adanın ərazisi 43 hektardır. Adanın “ilanlar adası” kimi də tanınmasının səbəbi burada 4000-dən çox zəhərli ilan növünün yaşamasıdır. Adada hər kvadratmetrdə 5 ilan yaşayır. 1920-ci ildən bəri bu adaya insanların girişi qadağan olunub. Yalnız xüsusi geyimlə alimlərin buraya girişinə icazə verilir.
Adanın əsas sakinləri ada bottropslarıdır. Bu ilanların uzunluğu 50-70 sm-dir. Braziliyada ilanların səbəb olduğu ölümlərin 90%-i bottropsların payına düşür. Adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir. Bu ilanların qurbanlarının dişləməsi bütün toxumalarının dağılmasına səbəb olur.
Adada avtomatik işləyən mayak quraşdırılıb. Ada ətrafındakı sudan balıqçılar və dalğıclar istifadə edirlər. Turistlər adaya qayıq ilə yaxınlaşıb qıraqdan seyr edə bilərlər.
Samirə Tağıyeva, "İki sahil"