41 yaşlı Riko Ledesma özünü sevdiyi "Üzüklərin Əfəndisi" filminin personajı olan bədheybətə oxşadıb. Onun dediklərinə görə, bu prosess ondan illərini alıb. Özünü eybəcər məxluqa çevirən bu kişi bədənində və üzündə etdiyi bu dəyişiklərə küllü miqdarda pullar xərcləməkdədir. 25 yaşındakı həyat yoldaşı Krişna və balaca qızı ilə yaşayan Riko son bir ili yeməkdə çətinlik çəkdiyini etiraf edib. Onun 550 dollarlıq saxta dişləri yaşam tərzini dəyişsə də, Riko sevdiyi bu obrazdan imtina edə bilmir. Qeyd edək ki, qorxunc döymələr Rikonun bədəninin yüzdə 85-ni əhatə edir.
Bu qeyri-adi insanın təqribən 35.000 "İnstaqram" izləyicisi var. O, burada müntəzəm olaraq bənzərsiz görünüşünü və gündəlik həyatı ilə bağlı olan şəkillərini paylaşır.
Rikonun dediklərinə görə, o, 7 il əvvəl fərqli görünmək üçün dəyişməyə başladı. Onun yaratdığı bu obraz ailəsi və dostları tərəfindən çox sevildi. Qeyd edək ki, braziliyalı bedheybətin obrazı "Ağbəniz" və "Çağırılmamış qonaq" filminin prodüsserini çox maraqlandırıb. Tanınmış prodüsser Rikonu filmdə belə çəkilməyə dəvət edib. Həmin filmin çəkilişləri oktyabr ayında Barselona və Kanar adalarında baş tutacaq.
Samirə Tağıyeva, "İki sahil"