Yunan filosofu Teofrast tərəfindən icad olunan və "Ginnesin Rekordlar Kitabı" na düşəcək qədər təhlükəli olan və “Dünyanın ən zəhərli ağacı” adlandırılan “Mancinella” ağacına ən kiçik bir toxunuş belə dəri üzərində yanıqlar əmələ gətirə bilir.Onun digər adi isə "Ölüm ağacı"dır. Zəhərli ağac adətən hündür bir kolun görünüşünü alsa da, lakin bəzən 50 futa qədər böyüyə bilər. Hər hansı bir insan bu ağacın meyvələrini alma ilə səhv sala bilər. Eləcə də,ağacın toksikliyi meyvələri ilə məhdudlaşmır. "Mancinella"nın qabığı, meyvələri, yarpaqları, çiçəkləri və hətta budaqlardan tökülən şeh belə zəhərlidir. İnsan bədəninin bu ağacla təmasda olan nahiyəsində suluq əmələ gəlir. Yağış yağarkən belə ağacdan sıçrayan bir yağış damlasının dərinizə düşməsi belə təhlükəlidir. Bu ağac ilə bağlı maraqlı faktlardan biri də odur ki, hətta yandığı zaman "Manchineel"in hisi belə gözlə təmasda olarsa, bu, korluğa səbəb ola bilər. Bu zəhirli ağac Florida,Cənubi və Mərkəzi Amerikada, Baham və Karib adalarında bitir. Adətən ölüm saçan bu ağacın yerləşdiyi yerlərdə xüsusi təhlükəsizlik tətbirləri görülür. Burada əsasən xəbərdarlıq işarələri quraşdırılır.
Ümumiyyətlə, ağac o qədər təhlükəlidir ki, 18-ci əsrin ortalarında Puerto Riko adasında onun tamamilə kökünü kəsmək istəmişdilər.
Hal-hazırda isə bu ağacdan mebel düzəltmək üçün istifadə edirlər. Lakin bu, olduqca çətin və riskli bir prosesdir. Qeyd edək ki, "Mancinella"dan hazırlanan mebel təhlükəli deyil. Emal prosesində onun zəhərli suyu tamamilə çıxarılır, buna görə hazır məhsul toksinləri xaric edə bilməz.
Samirə Tağıyeva, "İki sahil"