Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ingilis dilində qondarma “erməni soyqırımı” yalanlarından bəhs edən videomaterial hazırlanıb.
“İki sahil” xəbər verir ki, Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətlər öz əksini tapıb. Videomaterialda uydurma soyqırımı yalanlarının bitərəf müəlliflərin dilindən gətirilən faktlarla ifşası, eləcə də ermənilərin türklərə qarşı törətdiyi qırğınlar haqqında ətraflı məlumatlar yer alıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir