Reinkarnasiya və ya tənasüh ruhun bir bədəndən digər bir bədənə keçişini qəbul edən inanca deyilir. Bu inanca görə, insan ruhu, cəsədini tərk etdikdən sonra, quruda, havada, yaxud dənizdə yaşayan hər hansı bir heyvanın bədəninə girməkdə, oradan da başqa bir heyvanın bədəninə, sonra, təkrar digər bir insanınkına girərək varlığını davam etdirməkdədir.
Dinlərin bu inanca qarşı münasibətləri də müxtəlifdir. Hindistanlılar Allaha və ruha inanırlar. Caynistlər sadəcə ruha, buddistlər isə heç birinə inanmırlar. Ancaq reinkarnasiya məsələsində hamısının fikri ortaqdır. Hətta ruha inanmayan buddistlərin belə. Ruhun varlığını, öldükdən sonra onun başqa bədənə sığındığını budda davamlılıq kimi qəbul edir.
Osho bu haqda deyir: “İnsan öldükdə bədəni yoxa çıxır, maddi hissəsi yox olur. Mənəvi hissə, şüur hissəsi isə titrəmə halındadır. Bu titrəmə sərbəst qalıb yayılır. Harada uyğun bədən varsa, oraya girir”.
Hüsniyyə İdrisova,
BSU-nun IV kurs tələbəsi