Ən bahalı "Barbie" kuklası - 302,500 dollar
2010-cu ildə oyuncaq istehsalçısı Mattel, Avstraliyalı zərgər Stefano Kanturi ilə xüsusi bir kukla hazırladı. Həmin "Barbie" kuklasının üzərində təkrarolunmaz qara gecə paltarı və həqiqi çəhrayı və ağ bir karatlı brilyantlarla bəzədilmiş bir boyunbağı var idi. Qeyd edək ki, bu kukla hərracda 302.500 dollara satılmışdı
Bir paket "Sichuan" sousu - 14.700 dollar
1998-ci ildə "McDonalds" şirkəti " Disney"in "Mulan" multfilminə əlavə olaraq "Sichuan McNugget" sousunu təqdim etdi. Qeyd edək ki, bu sousu istehsal edən insanlar "McDonalds" ın işçiləri Rik və Morti idi. O , dövrdə insanlar tərəfindən bəyənilmiyən bu sousun satışı dayandırıldı. Lakin bir neçə müddətdən sonra bir nəfər avtomobilində açılmamış "Sichuan" sousunun paketini tapdı və həmim sousu yenidən sınaqdan keşirmək istədi.Bu hadisə ilə bağlı maraqlı faktlardan biri də o oldu ki, həmin şəxs bu sousun paketini "eBay"da 14.700 dollara satdı. Əlbəttə ki, "McDonalds", Rik və Mortinin başladığı işi davam etdirmək üçün bu sousu 2017-ci ildə yenidən təqdim etdi.
Ən bahalı "Pokemon" kartı- 369.000 dollar
Pokemon, populyar franşizalardan biri kimi tanınmaqdadır. Qeyd edək ki, 2020-ci ildə orijinal Pokemon "Charizard" holoqrafik kartı "Goldin" auksionunda 369.000 dollara satıldı. Eyni kart üçün qoyulan əvvəlki rekord 70.000 dollar idi.
Bu orijinal kart oyun dəstindəki ən nadir "Pokemon" kartlarından biridir. "Charizard" 2020-ci ilin ən populyar Pokemonların dördüncüsü oldu, buna görə bu oyuncağın niyə bu qədər baha olması artıq aydındır.
Ən bahalı Lego kubiki- 19 793 dollar
2017-ci ildə "Catawiki"auksionunda qızıldan düzəldilmış "Lego" kubiki 19.793 dollara satılmışdır. Ümumilikdə belə kubiklərdən 10 ədəd düzəldilmişdi." Lego" şirkəti həmin kubikləri 1978-1981-ci illərdə 25 il ərzində şirkətdə çalışan işçilərə payladı.
Ən bahalı heykəlcik - 25.000 dollar
Əslində hansı oyuncağın məşhur olacağını müəyyənləşdirmək olduqca çətindir. Lakin elə oyuncaqlar var ki, onlar artıq tarixə düşüblər. Həmin oyuncaqlardan biri də 1940-cı illərdə qısa müddət ərzində hər kəs tərəfindən sevilən "Superman" personajının şərəfinə hazırlanan orijinal heykəlcik idi. Qeyd edək ki, həmin heykəlcik auksiona çıxarılaraq, 25.000 dollara satılmışdır.
Ən "Coca-Cola" qabı - 250.000 dollar
Bir səhf nəticəsində "Coca-Cola şirkərti tərəfindən istehsal olunan bu içkinin boş qabı hərracların birində 250.000 dollara satılmışdır.
Beləliklə, bir qutu Coca-Cola alsanız və o boş olarsa, onu açmayın və qaytarmayın. Buna görə, siz şirkətdən təzminat tələb edə bilərsiniz.
Ən bahalı taxıl qutusu- 2550 dollar
1960-cı illərdə Kellogg "Post Ten Pak" adlanan bir taxıl qutusunu hazırlamışdı. Bu qutuya müxtəlif növ dənli bitkilərdən ibarət on balaca qutu daxil idi.
1961-ci ildə hazırlanmış bu qutulardan biri 2016-cı ildə keçirilən auksionlardan birində 2550 dollara satılmışdı.
Ən bahalı yemək qalıqları - 1025 dollar
2000-ci ildə Nyu York radiostansiyası "Z-100" Justin Timberlake ilə bir veriliş hazırladı. Söhbət əsnasında Timberlakın qarşısına iki dilim qızardılmış Fransız tostu qoyulmuşdu.
Bir müddətdən radio stansiyası pop kumirinin yeyilməyən səhər yeməyini hərraca çıxardı. Qeyd edək ki, Justinin 19 yaşlı fanatı Kati Summers həmin yemək qalıqları üçün 1025 dollar ödəmişdi. Radio stansiya hərracdan əldə etdikləri gəliri xeyriyyə məqsədləri üçün xərclədi. Lakin Summersin tostu yeyib-yemədiyi bir sirr olaraq qalır.
Samirə Tağıyeva, "İki sahil"