30 aprel 2021 10:22
2196

Günel Həsənlinin videolarını yayan şəxs müəyyən olunub

“Milli Şura”nın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanılıb.

"İki sahil" xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Videoları yayan şəxs müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.

İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək.