30 aprel 2021 16:45
3262

Fərqli ölkələrin qeyri-adi yeməkləri - FOTO

Siyənək balığı -Niderland, İsvecrə

Niderland ölkəsində ayaqüstü yemək kimi siyənək balığı sevilir. Onlar hətta bu balığı bişməmiş yeyə bilirlər. Bu balığın müsbət xüsusiyyətləri çoxdur. Siyənək balığı qan dövranının normallaşmasına,sinir sisteminin sakitləşməsinə ,həzmin sürətlənməsinə səbəb olur. İsvecrədə isə əksinə, bu balıq qızardılmış formada sevilir. Adətən bu balığı küçədə qızardaraq , insanlara təklif edirlər.

"Kvek-Kvek” yumurtası -Fillippin adaları

“Kvek-kvek” yumurtaları Fillippin adalarında çox sevilən və seçilən bir dad sayılır. Bu yumurtalar əslində adi bildirçin  yumurtasıdır. Sadəcə bu yumurtanı içində formalaşmağa başlayan cücə ilə bişirirlər. Bu qəribə yeməyin özünəməxsus qoxusu və narıncı rəngi var. “Kvek-kvek” yumurtasını əvvəlcə suda bişirib, sonra isə qaynar yağın içinə ataraq qızardırlar. Hazır olandan sonra üstünə sarıkök əlavə edirlər.

“Pakora” yeməyi - Hindistan

Hindistanda ayaqüstü yeməklər dediktə  aşırı dərəcədə ədviyyatlar, fərqli rənglər və kəskin qoxular ağıla gəlir. “Pakora” Hindistanın ən sevilən ləzzətlərindən biridir.Yeməyin hazırlanması çox az vaxt aparır. Hansısa bir tərəvəz və ya meyvə noxud unundan düzəldilmiş xəmirə salındıqdan sonra qaynayan yağın içinə atılır. Bir necə dəqiqəyə pakora artıq hazır olur. Pakora soyuq halda yediktə  daha dadlı olur.

“Kokoreç”  -Türkiyə, Balkan adaları

“Kokoreç” Türkiyədə və Balkan adalarında ən çox satılan yeməklərdən biridir.  Kəskin qoxulu bu yemək quzunun qalın və incə bağırsağından hazırlanır. Quzunun bağırsaqlarının içinə içalatları yığıb, bükərək  bol ədviyyatlardan istifadə edirlər. “Kokoreçləri”  şişin üstündə hazırlayaraq, onu xırda-xırda doğrayıb, insanlara çörək arası satırlar. Türkiyədə bu yemək küçələrdə satılsa da, Yunanıstanda bu yeməyi dini bayram olan Pasxada hazırlayırlar.

“Tako” -Meksika

“Tako” yeməyi ənənəvi Meksika yeməyidir. Birinci baxışdan bu yeməyi qarğıdalı və ya buğda çörəyinin mal əti, toyuq əti, pendir ilə doldurulmuş lüləyə oxşadırlar. Lakin bəzən ekzotik yeməkləri xoşlayan insanlar bu lülənin içinə böcəkləri, qurdları,cırcıramaları əlavə edirlər. Adətən “tako” yeməyi əl ilə yeyilir və salsa sousu, avokado, pomidorla, soğan və kahıda əlavə olunur.

Qızardılmış ağcaqanadlar- (Çin, Yaponiya, Koreya, Cənubi Afrika, Latın Amerika ölkələri)

Qızardılmış ağcaqanadlarla dolu bir boşqab yemək  proteinlə zəngin  və doyumlu olur. Yaponiya, Malayziyada Cicada bu böcəkləri qızardılmış formada küçələrdə satılır. Afrikada isə spesifik böcəklər çox sevilir. Onlar ya çiy ya da bişmiş halda yeyilir. Bu böcəklər alma dadı verirlər və sakitləşdirici effektə malikdirlər. Kolumbiyada qızardılmış qarışqalara üstünlük verilir. Tayland, Latın Amerika ölkələrində, Koreyada qızardılmış ipəkqurdları çox sevilir və qəlyanaltı kimi belə süfrəyə verilir. Onları dadan turistlər popkorndan heç bir fərqi olmadığını qeyd edirlər.

Samirə Tağıyeva, "İki sahil"