01 may 2021 14:30
994

AZAL rəsmisi: Zəngilan hava limanının tikintisi başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl təməlini qoyduğu Zəngilan hava limanının tikintisinə start verilib. Hazırda ərazidə tikinti işləri ilə yanaşı minalardan təmizləmə prosesi də paralel aparılır.

"İki sahil" xəbər verir ki, bunu barədə Trend-ə AZAL rəsmisi Valeh Əmiraslanov məlumat verib.

O, əlavə edib ki, hazırda aeraportun uçuş-enmə zolağında qazma və torpaq yatağının çıxarılması işləri gedir:

“Füzulidə olduğu kimi Zəngilanda da işlər sürətlə davam edir. Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq”