03 may 2021 23:07
520

Sərxoş kişi yoldan keçənlərə balta ilə hücum etdi - VİDEO

Əlində balta olan sərxoş kişi küçə boyu qaçaraq, sakinləri hədələyib.

"İki sahil" xəbər verir ki, hadisə Rusiyanın Orenburq şəhərində qeydə alınıb. Hadisə şahidləri bu barədə polisə məlumat veriblər. Çağırışa gələn hüquq mühafizə orqanlarının əməkdaşları dələduzu saxlayıb, baltanı əlindən alıblar. Kişi saxlanılıb. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.