04 may 2021 15:12
884

Aslan Hüseynov anasının yas mərasimindən qayıdırmış

Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.

“İki sahil” xəbər verir ki, A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib.

Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.

***

Mərhum sənətçi Gəncədə, anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq