04 may 2021 16:09
866

Aparılan monitorinqlər göstərir ki... - FOTO/VİDEO

“Artıq işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidəqurma işləri gedir. Gördüyünüz kimi hazırda bizim olduğumuz Füzuli hava limanının tikintisi bərpa və yenidən qurma işlərinin bir hissəsidir”.  Bu sözləri Füzuli rayonuna səfəri zamanı Milli Məclisin deputatı Vüqar Bayramov “İki sahil”ə müsahibəsində bildirib.

Havalimanının əhəmiyyətini yüksək qiymətləndirən deputat bildirib ki, liman istifadəyə verildikdən sonra Qarabağa turistlərin gəlişi rahatlaşacaq: “Nəzərə alsaq ki, havalimanında həm daxili, həm də xarici uçuşlar həyata keçiriləcək, o zaman deməyə əsas yaranır ki, bu məkan təkcə Qarabağ və digər rayonlarla yanaşı bütünlükdə region üçün də strateji əhəmiyyətə malik olacaq. Bildiyiniz kimi havalimanı qurun nəqliyyat vasitəsi olan Zəngəzur dəhlizinə, sözügedən dəhliz isə şərq-qərb dəhliziniə inteqrasiya olunacaq. Bu da onu deməyə inkan verir ki, hava nəqliyyatı vasitəsi ilə həm sərnişin, həm də yükdaşımalarda kifayət qədər ciddi mövqe əldə olunacaq.

Aparılan monitorinqlər, təhlillər göstərir ki, işğaldan azad olunmuş ərazilərə beynəlxalq aləmdə həm turistlərin, həm də iş adamlarının ciddi marağı var. Havalimanı bu baxımdan da xüsusi əhəmiyyətə malik olacaq. Qarabağa gələn turist və iş adamları təyyarə ilə biribaşa Füzuliyə gələrək “Zəfər yolu” ilə rahat bir şəkildə Şuşaya gedə biləcəklər. İnşallah planlaşdırıldığı kimi, bu ilin sentyabrın 5-də liman istifadəyə veriləcək”.

Taleh Bağırov, “İki sahil”