04 may 2021 17:19
1473

Planetimizin ən təhlükəli yerləri - FOTO

"Saltstraumen" körfəzi - Norveç

"Saltstraumen" yalnız ən təcrübəli dalğıclar daxil ola  biləcəyi kiçik bir Norveç körfəzidir. Bu körfəz dünyanın ən güclü  axınları ilə tanınmaqdadır.Körfəzin uzunluğu 3 km, eni isə 15 m-dır.Gündə buradan təxminən  400 milyon kubmetr su keçir və həmin suyun sürəti  saatda təxminən 38 km-dır. Dərinliyi cəmi 5 m olmasına baxmayaraqŞ bu körfəz çox təhlükəlidir. Körfəzin boğazında olan axınlar o gədər güclüdür ki,təlim almamış dalğıclar bu zonaya daxil ola bilməzlər.

"Gouffre Berger"  mağarası" - Fransa

Tam 1 kilometr dərinliyində yerləşən  bu çuxur  "dünyanın ən ölümcül çuxuru" olaraq tanınır. Fransanın cənubunda yerləşən" Gouffre Berger" mağarasını 1200 metrə qədər gedən yeraltı dünyası var. Mağaranın dibində hətta gölü var. Yağış yağan zaman boşluq tamamilə su ilə dolur və mağaranın içində olan hər kəsin həyatı təhlükə altında olur. Təhlükəli mağaranın  dibinə qədər enməyi bacaranlar tərəfindən bu yer "yeraltı cənnət"'adlandırılır.  Burada artıq  bir çox insan həyatını itirsə də,  bu yer hələ də dünyanın hər yerindən gözəlliyi ilə  tədqiqatçıları cəlb etməyə davam edir. Mağaranın  dibinə yalnız ən təcrübəli tədqiqatçılar  düşə bilər, çünki buraya düşmək  texniki cəhətdəndə çox çətindi və peşəkar avadanlıqların olması tələb olunur.

"Preikestolen"- Norveç

Norveçdə son buz dövrünün sonuna aid , yəni təxminən 10.000 il əvvəl ortaya çıxan çox yüksək və dik bir qayaya sahibdir.  604 m hündürlüyündə olan bu nəhəng sıldırım qayanın zirvəsi 25 m eni olan  meydan formasındadır .  Buradan təbiətə çox gözəl bir mənzərə açılır və buna görə qaya Norveçin ən diqqətəlayiq yerlərindən biri kimi məşhurdur.Təhlükəliyinə baxmayaraq,bu qayanın  zirvəsində heç bir hasar yoxdur. Buna görə, qayaya  çıxan ən cəsarətli insanlar burada mütləq selfi edirlər.

Zirvədə dayanan zaman elə bir hiss yaranır ki, sıldırım qaya indicə dağılacaq. Qayada olan 25 santimetrlik çatlar buranı ziyarətə gələn insanları çox qorxuzur. Qədim əfsanəyə görə , nə zaman ki, Norveçin bir regionunda yaşayan  7 bacı 7 qardaş ilə evlənəcək, bu qaya da  məhz onda dağılacaq. Başqa bir əfsanəyə əsasən qədim zamanlarda" Preikestolen"qayası  edamlar  üçün istifadə olunurdu.

"The Great Blue hole" (Böyük Mavi Delik)

Bu nəhəng sualtı boşluğu "Beliz Bariyer Reef"inin (Beliz) sahilindədir. Mağara demək olar ki, mükəmməl dairəvi formaya malikdir və onun dibi  108 metr dərinlikdədir. Bu planetin ən dərin dəniz çuxurudur və təcrübəli dalğıcların ən sevimli  yerlərindən biridir. Vaxtilə Jak Kusto özü də buranı ziyarət etmiş və "Böyük Mavi Delik"i bütün dünyada tanıtmışdır.

"Antilop Kanyonu" - ABŞ

Bu ecazkar yer Amerika Birləşmiş Ştatlarının cənub-qərbində yerləşir və Yer üzündə ən gözəl qaya formasiyalarından biri kimi tanınır. Təbii ki," Antilop Kanyonu"  dünya miqyasında məşhur olan  "Grand Kanyon" ilə müqayisə edilə bilməz, ancaq inanılmaz formalı və sehrli işığı ilə qəribə qayaları ilə sizi heyrətləndirəcəkdir. Bu qorxunc yerdə insan hər anda həyatı itirə bilər. Yağış yağanda, insanı ovsunlayan rəngarəng  yarğanlar inanılmaz  sürətlə su ilə dolur və fırtınalı axınlar yolundakı istənilən canlını öldürə bilər.

" Zirvə K2 "- Himalayalar

Zirvə K2" (və ya "Chogori" )  Hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsidir. Türk dünyasının ən hündür nöqtəsidir . Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşir. "Chogori dağı " 1856-cı ildə Avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdir. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Bu dağın digər zirvələri isə  K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır.

 Qış aylarında bu zirvəyə  heç kim  qalxmağı heç kim bacarmadı. Yay aylarında isə bəxtlərini sınamaq istəyənlərin təxminən  25% -i burada həyatını itirir. Ümumilikdə, "K2" yalnız 290 alpinistə təslim olmuşdu.

"Cəhənnəm qapıları"-  Türkmənistan

1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qazla dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin onlar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2010-cu ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "Cəhənnəm qapısı"nı ziyarət etmiş və regionun digər qaz yataqlarındakı hasilata zərər gəlməsin deyə  çuxurun doldurulması ilə bağlı göstəriş vermişdir. 2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə enmişdir. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etməyə müvəffəq olmuşdur. Bu bakteriyalara yer üzünün digər nöqtələrində rast gəlinmir və həmin bakteriyalar kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla mövcud olurlar.

Samirə Tağıyeva, "İki sahil"