05 may 2021 15:06
1079

Malili qadın 9 körpə dünyaya gətirdi - FOTO

Mərakeşin Kasablanka şəhərində yaşanan doğuş hadisəsi bütün dünyanı heyrətləndirib.

“İki sahil” xəbər verir ki, malili bir qadın 9 körpə dünyaya gətirib və inanılması çətin bir doğum hekayəsinə imza atıb. Hamiləlik doğuş son dərəcə nadir və çətin olsa da, 9 körpənin hamısının sağlam olduğu bildirilib.

Mali Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, Mali vətəndaşı Halime Sisinin Kasablankadaki sağlamlıq müəssisəsində keysəriyyə əməliyyatı ilə doğuş keçirdiyi ifadə edilib. Ana və 9 uşağın səhhətinin yaxşı olduğu qeyd edilib. Körpələrdən beşinin qız, dördünün oğlan olduğu açıqlanıb.

 25 yaşındakı Halime Sisinin Malinin paytaxtı Bamakoda aparılan müayinələrdə 7 körpəni daşıdığı və buna görə sağlamlıq vəziyyətini izləmək üçün 30 martda Mərakeşə köçürüldüyü bildirilib. Qadının doğuş xərclərinin Malinin müvəqqəti hökuməti tərəfindən qarşılandığı açıqlanıb. Halime Sisinin 20 mart tarixində Mərakeşdə klinikaya yatırıldığı və nəzarət altında olduğu və körpələrin dünən edilən keysəriyyə əməliyyatı ilə dünyaya gəldiyi açıqlanıb.

 Vüsal Cahanov, “İki sahil”