05 may 2021 17:24
949

Bu ölkədə peyvənd olunanlara pivə təklif edirlər

Müxtəlif ölkələrin səlahiyyətli şəxsləri əhalinin koronavirusa qarşı peyvənd olunmaları üçün müxtəlif hiylələrə əl atdılar. Bəziləri peyvənd olunaraq bir çox insanlara örnək oldular. Lakin   Serbiya və ABŞ başqa bir çıxış yolu tapdı. Bu ölkələr insanları maddi cəhətdən motivasiya etməyə qərar verdilər. Məsələn, Serbiya Prezidenti Aleksandr Vuçiç peyvənd olunan hər kəsə 30 dollar verəcəyinə söz verdi. Bu aksiya may ayının 31-nə qədər keçərlidir. Nyu- Cersi ştatında isə  hər peyvənd olunan insana pivə təklif edirdilər.

Bu barədə "Pink" portalı məlumat verib.

 Qeyd edək ki, ABŞ-da   peyvənd olunan insanlara pivə paylamaq  təşəbbüsü ilə ilk  dəfə Nyu-Jersi ştatının meri Fil Merfi  çıxış etdi. Fil Merfi "Twitter"dəki şəxsi hesabında qeyd edib ki, COVID-19-a qarşı peyvənd olunan  21 yaşdan yuxarı  Nyu-Cersi sakinlərinə hər hansı bir pivə zavoduna yaxınlaşaraq, öz arayışlarını təqdim etdikdən sonra  pulsuz bir stəkan pivə götürə bilərlər.

Samirə Tağıyeva, "İki sahil"