08 may 2021 19:53
1359

Radik İsayev lisenziya qazana bilmədi

Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinin yarımfinala vəsiqə qazanıb.

"İki sahil” xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz dörddəbir finalda Serbiya idmançısı Milos Qoluboviçə 20:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda onun rəqibi makedoniyalı Dejan Georgievski olub. Rəqibinə 6:13 hesabı ilə uduzan İsayev Tokio Olimpiadasına lisenziya qazana bilməyib.