08 may 2021 21:01
889

Azərbaycan Tokio Olimpiadasına daha bir vəsiqə qazandı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

“İki sahil” xəbər verir ki, milli komandamıza növbəti vəsiqəni yunan-Roma güləşçisi Rafiq Hüseynov qazandırıb.

77 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat Turnirində fərqlənib. O, finala yüksəlməklə, bu hüquqa yiyələnib. Rafiq yarımfinalda serbiyalı Viktor Nemesə qalib gələrək bu uğura imza atıb.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 23-ə çatıb. Hüseynov bu siyahıda yunan-Roma güləşi yığmamızın ikinci təmsilçisidir. Onadək yalnız İslam Abbasov (87 kq) analoji uğura imza atıb.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.