09 may 2021 11:38
1216

Astarada ağac əkmə aksiyası keçirilmişdir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonda keçirilən tədbirlərin davamı olaraq ümumrayon iməciliyi  və ağac əkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Rayon icra hakimiyyətinin şəhər, qəsəbə və kənd  inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivlərinin qatıldığı iməcilikdə prospekt və küçələr səliqəyə salınıb, bordürlər, ağacların gövdələri əhənglə ağardılib, geniş miqyasda ərazi tullantılardan təmizlənib.

 Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun  Astara şəhərinə aid hissəsində sərv, eldar şamı, akasiya, göyrüş, girdəyarpaq birgöz, dəmir ağacı, palıd, ağcaqayın və digər ağac növlərindən ibarət   ümumilikdə 1200-ə qədər ağac əkilib.  

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Geniş bir ərazidə ağac əkininin həyata keçirilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına bir töhfədir.