13 may 2021 16:41
896

Suraxanıda xeyriyyə tədbiri - FOTO

YAP Suraxanı rayon təşkilatı və "Birlik" xeyriyyə təşkilatı müqəddəs Ramazan bayramı ərəfəsində ortaq xeyriyyə tədbiri həyata keçirib. "Birlik" xeyriyyə təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına ünvanlanmış müraciəti əsasında Suraxanı rayonu ərazisində ortaq xeyriyyə tədbiri baş tutub.

"İki sahil" xəbər verir ki, xeyriyyə təşkilatının bağlamalar şəklində təqdim etdiyi bayram sovqatları YAP Suraxanı rayon təşkilatının rəhbərliyi, aparatı və Gənclər Birliyinin fəal üzvlərinin iştirakı və vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlərə müvafiq olaraq müəyyən olunmuş 30-dan artıq ünvana çatdırılıb. Rayon ərazisində aztəminatlı ailələrin müəyyən olunması və bağlamaların ünvanlara çatdırılması YAP Suraxanı rayon təşkilatının daxili imkanları hesabına həyata keçirilib.

Sonda ziyarət olunmuş və bayram sovqatı təqdim olunmuş ailələr hər iki təşkilata öz dərin minnətdarlıqlarını bildiriblər.