18 may 2021 15:50
1261

Bura dünyanın ən zəngin kəndidir - FOTO

Çinin Jiangsu əyalətində yerləşən bu kənd dünyanın ən maraqlı yerlərindən biridir. “İki sahil” xəbər verir ki, Huaxi kəndi sözün əsl mənasında qeyri adi bir kənddir. Bu yer Çinin ən zəngin kəndi kimi tanınır. Təxminən 1500 nəfər əhalisi və 380 ailəsi olan bu kənd misilsiz bir yerdir. Kəndin bir çox gəlir mənbəyi var. Kəndin əmlakından əldə olunan gəlirin artığı kəndlilər arasında da bölüşdürülür. Kəndin artıq gəlirindən gələn pula görə kənddəki hər ailəyə bir maşın verilir.

Huaxi əslində kənddən daha çox bir müəssisə kimi işləyir və kəndlilər bu müəssisənin səhmdarlarıdır. Kəndin əsas gəlir mənbələri dəmir, polad, ağır sənaye və tekstil olaraq bilinir. Lakin kənd hər gün onlar üçün yeni gəlir mənbələri taparaq sərvətlərinə zənginlik qatır. Milli məhsulu ilə ən zəngin kənd adına sahib olan Huaxi birlikdə çalışaraq yeni başlatdığı turizm ilə ildə milyonlarla turisti qəbul edir.

Kənddə hamı icazəsiz işləyir. Kəndəki fabriklərdə Çinin digər bölgələrindən gələn işçilər də işləyirlər. Həftənin 7 günü işləyən bu kənd qazancları ilə hər kəsi təəccübləndirir. Bəs həftənin 7 günü işləyən bu insanlar dünyanın qalan hissəsini necə görəcəklər? Kəndin qurucusu və muxtarı Vu Renbao buna da bir həll tapıb. Bu kənd, eyni zamanda dünya şöhrətli turizm binalarının bir-birinə bənzəmələri ilə hər kəs tərəfindən də tanınır. Ölkənin şimalındakı Böyük Çin Səddinin bir nüsxəsindən Pekindəki Qadağan Şəhəri, Nyu-Yorkdakı Azadlıq Heykəli, Sidneydəki Opera Evi və Parisdəki Triofhe Ark, bunlardan sadəcə bir neçəsidir.

72 mərtəbəli göydələn, vertolyotlar, lüks avtomobillər və evləri olan bu kənd ziyarətçiləri şoka salır.

Turizm məqsədləri üçün istifadə edilən helikopterlərdən başqa kəndin 2 yük gəmisi də var. Kəndin göydələninin 60-cı mərtəbəsində təmiz qızıldan hazırlanmış nəhəng bir heykəl də var. Bundan əlavə, kənddə 826 otaqlı lüks və nəhəng bir otel var. Buranın zənginliyini görmək üçün dünyanın bir çox yerindən turistlər gəlir. Kəndə daxil olan kimi fərqlilik nəzərə çarpır.Kəndin həmçinin nəhəng yolları, gözəl evləri və lüks avtomobilləri də var. Kənddə pulsuz təhsil və səhiyyə xidmətləri də mövcuddur. Bütün bunlardan bəhrələnə və lüks yaşaya bilmək üçün bu kənd üçün heç bir icazəsiz işləməlisən.

Burada lüks villa və avtomobillərdən başqa bir kəndə lazım olan hər şey var. Bunlara restoranları, parkları, bazarları, və bir neçə geyim mağazalarını misal çəkmək olar. Hətta kənddə 800 qədim əsyanın olduğu muzeylər də var. Kənddəki bəzi evlərin tikintisində qızıldan istifadə edildiyi məlumatları da var. Məlumatlara görə, kimsə bu kəndi tərk etmək istəyirsə, özü ilə heç bir şey apara bilməz. Bankdakı pullardan istifadə etmək üçün icazə almaları lazımdır. Pullarını bankdan çıxardıqları təqdirdə, kənddən bir əmlak və ya torpaq sahəsi almaq üçün istifadə etməlidirlər. Bundan belə istifadə etmirlərsə, banklarından pul çəkmələrinə icazə verilmir. Burada nə qədər varlı olsan da, mülkünü kənddən çıxara bilməzsən.

Onu da qeyd edək ki, bu kəndin qurucusu və muxtarı Vu Renbao 2013-cü ildə vəfat edib.

Vüsal Cahanov, “İki sahil”