Qızılı saçlara parlaqlıq qatır
Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayaraq. Daha canlı və parlaq qızılı saçlara sahib olacaqsınız.
Təbii dodaq balzamı
Ərimiş hind qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam hazırlaya bilərsiniz
Dərinizə parlaqlıq və təbiilik gətirən vasitə
Qış aylarında dərinizin canlı görünməsini istəyirsizsə darçın, hind qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.
Göbələk infeksiyasiyasından azad olun
Qadınların sıx rastlaşdığı göbələk infeksiyası ilə mübarizə üçün gündə bir neçə stəkan darçın çayı için.
Üz kirşanı üçün darçın
Parlaq bir üz üçün iki xörək qaşığı darçını 3 xörək qaşığı düyü nişastası ilə qarışdırın və bu qarışımı iri fırça ilə üzünüzə vurun.
Pilinq vasitəsi kimi
Şəkər, darçın və hind qozu yağını qarışdırın. Dərinizə vurub ilıq suyla durulayın.
Sızanaqlar əleyhinə darçından hazırlanan maska
Sızanaqlardan şikayətiniz varsa, balla qarışdırılmış darçını sızanaq olan yerlərə çəkin və 15-20 dəqiqə gözləyin. Həftədə bir dəfə edin.
Yağlı dəri üçün darçın və yulaf əzməsi maskası
Yağlı dəriniz varsa, yulaf əzməsi, darçın və limon suyunu qarışdırıb üzünüzə vurun. 20 dəqiqə sonra yuyun.
Samirə Tağıyeva, "İki sahil"