2021-ci il üçün ən populyar telefon cihazlarının sıralamasında ilk dörd yeri Amerikanın Apple şirkətinin məhsulları tutub. Bu barədə “Counterpoin” tədqiqat şirkətinin analitikləri məlumat veriblər.
Mənbəyə görə, Apple texnologiyası satışlarda liderdir. Ən populyar cihazlardan birinin iPhone 12 olduğu üzə çıxıb. Növbəti pillələrdə iPhone 12 Pro Max, 12 Pro və iPhone 11 qərarlaşıb. Bazar satışlarında ümumi sayına görə Apple satılan ümumi smartfon kütləsinin 12% -ni təşkil edib.
Xiaomi Redmi 9, Samsung Galaxy A12, Xiaomi Redmi Note 9, Samsung Galaxy A21S və Galaxy A31 kimi büdcəyə uyğun telefonlar da ən populyar telefonlar arasında yer alıb.
Yuxarıda sadalanan cihazlar yüksək satışları ilə şirkətlərə böyük gəlir gətirib.
Nubar Süleymanova, “İki sahil”