04 iyun 2021 13:42
953

YAP Tərtər rayon təşkilatı şəhid və qazi ailələri ilə görüşləri davam etdirir FOTO

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov və bir qrup YAP fəalı Tərtər şəhərindən şəhid Əzizov Ayşad Qaryağdı oğlunun və Tərtər şəhər sakini, qazi Axundov Misir Hilal oğlunun  ailəsini ziyarət ediblər.

"İki sahil"ə verilən məlumata görə, şəhid Əzizov Ayşad Qaryağdı oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə, Qazi Axundov Misir Hilal oğlu “Füzulinin azad olunması uğrunda” “Cəbrayılın azad olunması uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşlar.

Şəhid və qazi valideynləri ilə görüşlər zamanı onların problemləri ilə maraqlanıldı və köməkliklər göstərildi.

Şəhid və qazi valideynləri şəhid  və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.