06 iyun 2021 12:35
843

Azərbaycanlı gimnast Dünya Kubokunda gümüş medal qazanıb

İdman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Cavidan Babayev Qahirədə Qahirədə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

"İki sahil" xəbər verir ki, azərbaycanlı gimnast halqalarda hərəkətlərdə 14.300 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku 3-6 iyun keçirilir.